AVROVİZİYA 2022: AZƏRBAYCAN 16-CI OLDU – KİMLƏR SƏS VERDİ?

Sayca 66-cı dəfə baş tutan Avroviziya mahnı müsabiqəsinin böyük finalı başa çatdı. 40 ölkənin qoşulduğu müsabiqədə 25 ölkə finalda qələbə uğrunda mübarizə apardı. Ölkəmizi bu il müsabiqədə “Fade To Black” adlı mahnı ilə Nadir Rüstəmli təmsil edirdi.

Yekun nəticəyə görə 16-cı olan Azərbaycan, münsif səslərinə görə finalda 10-cu olmağı bacarıb. Münsiflərdən 103 xal alaraq 10-cu olan Nadirə 38 ölkə arasından verilən izləyici səsi cəmi 3 xal olub. Hansı ki, bu 3 səs də elə qonşu ölkə Gürcüstanın izləyiciləri hesabına hesaba yazılıb. Əks halda Azərbaycan “tele” səsvermədə 0 xal almalı olacaqdı.

Lakin finalda 3 xal alsaq da, yarımfinal zamanı Azərbaycana izləyicilər səs verməyib. Nəticədə 0 xal alaraq münsiflərin vermiş olduğu 96 xal ilə müsabiqənin yarımfinalından finalına vəsiqə qazanan 10-cu ölkə olmuşuq. Belə bir hal isə bugünədək müşahidə olunmamışdı.

İndi isə gəlin daha detallı olaraq səsvermə nəticələrinə nəzər yetirək. Öncəliklə yarımfinal səslərinə, daha sonra isə final səslərini görmüş olacaqsınız.

ÖlkəMünsif səsiİzləyici səsiYekun
İspaniya12012
Almaniya10010
Serbiya808
Birləşmiş Krallıq808
Finlandiya707
Estoniya606
Kipr606
İsveç505
Monteneqro505
San Marino404
Malta404
Gürcüstan404
Çexiya404
Rumıniya303
Polşa303
Belçika303
Avstraliya303
Şimali Makedoniya101
ÜMUMİ96096
Yarımfinalda Azərbaycana verilən səslər

Nəticə etibarı ilə Azərbaycan tele səsvermədə 0, münsif səsverməsində isə 96 xal alaraq böyük finala vəsiqə qazanmışdır. İndi isə böyük finalda Nadir üçün verilən səslərə nəzər yetirək:

ÖlkəMünsif səsiİzləyici səsiYekun
İspaniya12012
Yunanıstan12012
Serbiya12012
Kipr10010
San Marino707
İsveç707
Birləşmiş Krallıq707
Almaniya606
Ukrayna505
Şimali Makedoniya404
Finlandiya303
Estoniya303
Bolqarıstan303
Belçika303
Albaniya303
Gürcüstan033
Malta202
Avstraliya202
Monteneqro101
Moldova101
ÜMUMİ1033106
Finalda Azərbaycana verilən səslər

Beləliklə, ölkəmiz 66-cı Avroviziya mahnı müsabiqəsini 106 xal toplayaraq 16-cı olaraq başa vurur.

YouTube player

One thought on “AVROVİZİYA 2022: AZƏRBAYCAN 16-CI OLDU – KİMLƏR SƏS VERDİ?

Leave a Reply