Azərbaycanın ən aktiv “Avroviziya” YouTube kanalında siz həm reaksiya videoları, həm müsahibələr, həm də hazırladığımız xüsusi videoları görə bilərsiniz. Bizə dəstək olmaq üçün YouTube kanalımıza abunə olmağı və videolarımızı like edib paylaşa bilərsiniz!
Yuxarıda da qeyd etdiyimiz kimi kanalımızın müxtəlif şaxələrdə müxtəlif məzmunda videolar mövcuddur ki, bunlara nümunə olaraq aşağıdakı videoları qeyd edə bilərik. Nəzərə çatdıraq ki, videolarımız bunlarla yekunlaşmır. Yeni videolarımız ilə kanalımıza keçid edərək tanış ola bilərsiniz.
MÜSAHİBƏLƏR
Müsahibələrimiz 2 yerə bölünür. Həm “12 sual” adlı proqramımızda məşhur Avroviziya simaları ilə birbaşa baş tutan müsahibələrimiz, həm də onlayn qaydada baş tutan müsahibələr.
REAKSİYA VİDEOLARI
Müsabiqə öncəsi pərəstişkarların ən çox sevdiyi və maraq göstərdiyi videolar sırasında bəlkə də ilk sırada reaksiya videoları yer alır ki, biz də milli finallar, həmçinin, müsabiqə iştirakçılarının mahnıları və çıxışlarına öz reaksiya videolarımızı çəkirik.
TƏRCÜMƏ VƏ MAHNI SÖZLƏRİ
Müsabiqədə öncəliklə öz təmsilçilərimiz olmaqla, bir çox ölkələrin Avroviziya mahnılarının nədən bəhs etməsini öz kanalımızda sizlər üçün tərcümə edərək paylaşırıq.