Azərbaycanın ən populyar Avroviziya Blogu olaraq sizlər üçün çalışan komanda üzvlərimiz ilə buradan tanış ola bilərsiniz!
Elvin Cabbarov
Rəhbər – Redaktor
Mən Elvin, uşaqlıqdan bəri müsabiqəni ailəmlə izləyərək hərzaman ona qarşı böyük sevgi bəsləmişəm. Bugün Fan Klubun rəhbəri olmaq və ətrafımda başda Eurovision simaları, gözəl komandamız və sözsüz ki minlərlə siz – izləyicimizin olması ilə qürur duyuram. Müsabiqə mənim üçün hərşeydir və dəstəyiniz olduğu müddətdə bu yola davam edəcəm.

Murad İsmayılov
Qrafik Dizayner
Mən Murad, Eurovision mahnı müsabiqəsini artıq 10 ildən uzun bir müddətdir izləyirəm. Ölkəmizin qatıldığı ilk illərdən arzu edirdim ki bir gün qalib gəlsin və bu möhtəşəm yarışma bizim ölkəmizdə də keçirilsin. Bu bir müsiqi şənliyidir, bayramdır. Gəlin bir yerdə ölkələrin mədəniyyəti və müsiqisi ilə tanış olaq!

Səbinə İbrahimli
Redaktor
Mən Səbinə, Eurovision ilə tanışlığım çox sadə və lakonik şəkildə olub. Ən az mənim qədər Eurovision pərəstişkarı olan anam sayəsində müsabiqəyə olan sevgim uşaqlıqdan hökm sürür. Eurovision ilə bağlı blogları aktiv izlədiyimdən, 12Xal ilə qarşılaşmağım heç də çətin olmadı. 12Xal’ın xüsusi dəqiqliyi və peşəkarlığı son məlumatları məhz buradan almaq üçün məndə xüsusi maraq yaratdı. Nəticədə, başlarda məlumat toplamaq məqsədli izlədiyim səhifədə, hazırda məlumatları dəqiq və vaxtında ötürmək üçün əlimdən gələni edirəm
Şəmistan Nəzərov
Redaktor – Dizayner – Video Montajçı
Mən Nəzərov Şəmistan, müsabiqəni 2011-ci ildən izləyirəm. Ildən ilə artan maraq, 2016-cı ildə məni müsabiqəni daha dərindən araşdırmağa və maraqlanmağa cəlb etdi. Öz ölkəmin iştirakı barədə ən son məlumatları ən tez öyrənmək istəyi səbəbindən 12 Xal fan klubunu tapdım və daha yaxından izləməyə başladım. Və artıq məndə Azərbaycanın əsas fan klubunun komandasına qoşulub, öz ölkəmiz və müsabiqə barəsində ən maraqlı xəbərləri ən birinci sizə çatdırmaq üçün çalışıram. Bu işdə mənimdə əlimin olması mənə xüsusi enerji verir.

Kamran Tağızadə
Redaktor – Tərcüməçi – HR Menecer
Mən Kamran, uşaqlıqdan, daha dəqiq desək 10 yaşımdan Eurovision yarışmasını izləyirəm. 2012-ci ildə ev sahibliyi etdiyimiz vaxtdan sonra artıq mütəmadi olaraq seçim turlarını və yarım finalları da izlədim.
Avrovizya mənim üçün sadəcə 2 yarım final və bir böyük finaldan ibarət yarışma deyil. Sentyabr ayından başlayan həyəcan, macəra və xoşbəxtlik deməkdir.
Əgər sən də bizim komandaya qoşulmaq istəyirsənsə aşağıdaki anketi dolduraraq qeydiyyatdan keçə bilərsən :)