
12xal – Avroviziya Bloqu
3 Yanvar 2018-ci ildən bəri fəaliyyətə başlayan və günümüzdə “Avroviziya” haqqında ən aktual bir çox şeyi bir platformada toplayan komandamız, bu gün təkcə “Avroviziya” yox, eyni zamanda ” Uşaq Avroviziya”, “Avroviziya Gənc Rəqqaslar”, “Avroviziya Gənc Musiqiçilər”, “Avroviziya Xor” və digər əlaqəli layihələr haqqında xəbərləri Azərbaycan dilində izləyicilərinə çatdırır.
Bloqumuz Avropa Yayım Birliyinin (EBU) ölkəmizdəki üzvü olan İctimai Televiziya və Radio Yayımları şirkəti (İTV) ilə sıx əlaqədədir. 2021-ci ildən etibarən müsabiqənin rəsmi akreditasiyalı jurnalistləri olaraq bloqumuz rəsmən tanınmış və müsabiqədə fəaliyyət göstərməyə başlamışdır.
Əsas hissəsi tələbələr olan bloqumuz hazırda Azərbaycanla yanaşı müxtəlif Avropa ölkələrində yaşayan həmyerlilərimizdən ibarət bir komandadır. Hansı ki, bu komanda da müxtəlif tədbirlər, layihələr və müsabiqələrdə Azərbaycan komandası olaraq iştirak etməkdədir və komandada olan hər kəs könüllü olaraq çalışmaqdadır.
Xəbərlərlə yanaşı, yerli və xarici Avroviziya təmsilçiləri, aparıcıları, jurnalistləri, bəstəkarları, münsifləri və daha çoxu ilə müsahibələr həyata keçirir. YouTube kanalımızda Avroviziya mahnılarına reaksiya videoları başda olmaqla bir çox YouTube kontenti yaradır. Bununla yanaşı, müsabiqənin baş tutduğu ölkədə rəsmi jurnalist olaraq iştirak edərək proqram çərçivəsində ölkədə nələrin baş verməsini izləyərək, ictimaiyyətə öz ana dilimizdə çatdırırıq. Hansı ki, bütün bu olanları sadəcə şərh etməyə icazə var və heç bir media orqanının baş verənləri olduğu kimi göstərməsinə rəsmi yayımdan öncə icazəsi yoxdur.