Sayca 66-cı dəfə baş tutan Avroviziya mahnı müsabiqəsinin böyük finalı başa çatdı. 40 ölkənin qoşulduğu müsabiqədə 25 ölkə finalda qələbə uğrunda mübarizə apardı.
Təmsilçilərin ifasından sonra səsvermə başladı və nəticələr təqdim olundu. Müsabiqə qaydalarına görə ümumi səslərin 50 faizini münsiflər, 50 faizini isə izləyicilər həll edir. İlk növbədə 40 ölkədən olan peşəkar münsiflər heyəti öz xallarını təmsilçilər arasında bölüşdürdü. Bunun nəticəsində isə münsiflərə görə birinci yer Birləşmiş Krallıq, ikinci yer İsveç, üçüncü yer isə İspani
Münsif səslərindən sonra isə sıra 39 ölkədən olan izləyicilərin vermiş olduğu səslərə gəldi. Münsiflərə görə 4-cü olan Ukrayna rekord sayda izləyici səsi 439 xal ilə müsabiqənin qalibi olmağa layiq görüldü.
Bu qələbə Ukrayna üçün ilk deyil. Bundan öncə 2004-cü və 2016-cı ildə Ukrayna müsabiqədə qələbə qazanaraq billur mikrofonu öz ölkəsinə aparmağa nail olmuşdu.
Nəzərə çatdıraq ki, müsabiqədə ölkəmiz münsiflərə görə 10-cu olsa da ümumi nəticələrə görə 106 xal ilə 16-cı olub.