Avroviziya mahnı müsabiqəsinə olan marağın dünyanın dörd bir tərəfində artması ilə müsabiqə sərhədləri keçərək uzaq qərbə doğru genişləndi. 21 martdan etibarən yayımlanan şouda ABŞ-ın 50 ştatı və Vaşinqton D.C. mübarizə apardı. Nəhayət final mərhələsi üçün aşağıdakı ştatlar uğur qazana bildi:
- Alabama – Ni/Co – The Difference
- American Samoa – Tenelle – Full Circle
- Colorado – Riker Lynch – Feel the Love
- Connecticut – Michael Bolton – Beautiful World
- Kentucky – Jordan Smith – Sparrow
- North Dakota – Chloe Fredericks – Can’t Make You Love Me
- Oklahoma – AleXa – Wonderland
- Tennessee – Tyler Braden – Seventeen
- Texas – Grant Knoche – Mr. Independent
- Washington – Allen Stone – A Bit of Both
Qeyd edək ki, ən yaxşı orijinal mahnı uğrunda mübarizə aparacaq 10 mahnıdan ibarət final 9 mayda baş tutacaq. Bundan əlavə, Avroviziya müsabiqəsinə anoloji olaraq keçirilən (Türkvizyon, Studentvision), keçirilməsi nəzərdə tutulub lakin ləğv edilən (Eurovision Asia) və keçirilməsi planlaşdırılan (Eurovision Canada) kimi layihələr Avroviziya azarkeşləri tərəfindən birmənalı qarşılanmır.