AVROVİZİYA 2022: AZƏRBAYCANIN MÜNSİF SƏSLƏRİNƏ MÜDAXİLƏ OLUB?

Sayca 66-cı dəfə baş tutan Avroviziya mahnı müsabiqəsinin böyük finalı başa çatdı. 40 ölkənin qoşulduğu müsabiqədə 25 ölkə finalda qələbə uğrunda mübarizə apardı. Ölkəmizin də iştirak etdiyi müsabiqədə qələbə Ukraynanın oldu. Bəs Azərbaycan öz xallarını kimə verdi?

Öncəliklə qeyd etmək istəyirik ki, müsabiqə canlı yayımlandığı zaman Azərbaycanın münsif səslərini açıqlamalı olan Nərmin Salmanovanı canlı efirə qoşmayıblar və buna səbəb kimi internet problemi olduğunu qeyd ediblər. Nəticədə isə Azərbaycan adından fərqli xallar canlı olaraq efirdə təqdim edilib.

Məsələ araşdırıldıqdan sonra isə məlum olub ki, əslində heç bir internet problemi yaranmayıb. Sadəcə Avropa Yayım Birliyi səsvermədə xəta olduğunu və ölkədən Ukraynaya getməli olan 12 xalı Birləşmiş Krallığa verməli olduğumuzu vurğulayıblar. Bununla yayımçı kanal razı olmadığı üçün isə belə bir addım həyata keçirilib.

Yəni Azərbaycan böyük finalda münsiflər tərəfindən ən yüksək hesab olunan 12 xalı Birləşmiş Krallıq üçün yox Ukrayna üçün verməli idi. Hazırda digər təqdim olunan səslərdə hər hansısa yanlışlıq olub-olmaması barədə araşdırma edilir.

Sonda onu da qeyd edək ki, səsvermədə bu kim problemin təkcə Azərbaycanda deyil, bir neçə ölkədə yaşanmasından sonra Avropa Yayım Birliyi bəyanat irəli sürərək belə bir açıqlama verib:

Müsabiqədə iştirak edən 6 ölkənin yarımfinal və final səsləri arasında fərqli məqamlar var. Bu səbəbdən Avropa Yayım Birliyi nəticələri sıfırlayıb və ortalama nəticə çıxarıb.

Həmin ölkələrin hansılar olduğu açıqlanmasa da, səsvermədə yaşanan problemlərə görə bunların Azərbaycan, Gürcüstan, Rumıniya, Polşa, Monteneqro və San Marino olması ehtimal edilir.

Onu da bildirmək istəyirik ki, Azərbaycanın bu ilə olan münsifləri Faiq Ağayev, Fidan Hacıyeva, Gülnarə Xəlilova, Bəhruz Vaqifoğlu və Ülviyyə Bəbirli idi.

One thought on “AVROVİZİYA 2022: AZƏRBAYCANIN MÜNSİF SƏSLƏRİNƏ MÜDAXİLƏ OLUB?

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading