Sayca 66-cı dəfə baş tutan Avroviziya mahnı müsabiqəsinin böyük finalı başa çatdı. 40 ölkənin qoşulduğu müsabiqədə 25 ölkə finalda qələbə uğrunda mübarizə aparırdı ki, nəticədə Ukrayna 2016-cı ildən sonra təkrar qələbə qazandı.
Bildiyiniz kimi Azərbaycana verilən səslər ilə bağlı bundan öncəki xəbərimizdə məlumat vermişdik. Bəs Azərbaycan kimə səs verib?
Canlı efir zamanı texniki xəta baş verdiyini söyləyən Avropa Yayım Birliyi ölkəmiz adından fərqli xallar təqdim edib. Buna səbəb isə münsiflər tərəfindən edilən yanlışlıq göstərilib. Bu haqda daha ətraflı məlumatı buraya daxil olmaqla əldə edə bilərsiniz.
Hazırda isə müsabiqənin rəsmi saytından verilən məlumatlara əsasən Azərbaycandan olan münsiflərin və izləyicilərin səslərini yarımfinal və final olmaqla aşağıdakı cədvəllərdən görə bilərsiniz:
Ölkə | Münsif səsi | İzləyici səsi | Yekun |
---|---|---|---|
İsveç | 12 | 8 | 20 |
Avstraliya | 10 | 7 | 17 |
Kipr | 0 | 12 | 12 |
İsrail | 1 | 10 | 11 |
Polşa | 8 | 1 | 9 |
Finlandiya | 4 | 5 | 9 |
Belçika | 4 | 5 | 9 |
Çexiya | 6 | 2 | 8 |
Estoniya | 7 | 0 | 7 |
Rumıniya | 0 | 6 | 6 |
Malta | 2 | 3 | 5 |
Serbiya | 3 | 0 | 3 |
Ölkə | Münsif səsi | İzləyici səsi | Yekun |
---|---|---|---|
Birləşmiş Krallıq | 12 | 8 | 20 |
Ukrayna | 6 | 12 | 18 |
İtaliya | 10 | 5 | 15 |
İspaniya | 5 | 10 | 15 |
İsveç | 8 | 4 | 12 |
Portuqaliya | 7 | 0 | 7 |
Norveç | 0 | 7 | 7 |
Serbiya | 0 | 6 | 6 |
Yunanıstan | 3 | 3 | 6 |
Niderland | 4 | 0 | 4 |
Polşa | 2 | 1 | 3 |
Avstraliya | 0 | 2 | 2 |
Fransa | 1 | 0 | 1 |
Nəzərə çatdırmaq istəyirik ki, Azərbaycan üzrə bu il münsiflər heyətində yer alan şəxslər aşağıdakılar idi:
- Faiq Ağayev
- Fidan Hacıyeva
- Bəhruz Vaqifoğlu
- Ülviyyə Bəbirli
- Gülnarə Xəlilova