İSRAİL AVROVİZİYA-DAN DİSKVALİFİKASİYA EDİLİR?

İsrail təmsilçisi Michael Ben David-in ikinci yarımfinaldakı davranışına görə Avroviziya-dan diskvalifikasiya edildiyi iddia edilir. Ancaq bu xəbər öz təsdiqini tapmamışdır.

YouTube player

Bilindiyi üzərə İsrail təmsilçisi Michael Ben David yarımfinaldakı fasilə zamanı aparıcılara yaxınlaşıb və onları öpüb. İnsanların çoxu baş verənlərə mənfi reaksiya verib.

Dünən keçirilən mətbuat konfransında isə aparıcılara bu hadisə ilə bağlı sual verilib. Alessandro Cattelan suala belə cavab verib:

Michaelin öpməsi məni narahat etmədi. Bu bir az zarafat idi. Düşünürəm ki, o, artıq finalda deyil, elə deyilmi? ”, digər aparıcı Mika isə Catelan-a belə cavab verib: “Bəli, diskvalifikasiya olunub. Biz onu finalda görməyəcəyik.” deyə cavab verib. Lakin Mika-nın diskvalifikasiya ilə nəzərdə tutduğu o idi ki, İsrail səsvermə yolu ilə finala vəsiqə qazana bilməyib.

Mətbuat konfransından sonra yayımçı kanal RAI “İsrail Avroviziya-dan diskvalifikasiya edilib” başlıqlı xəbərini paylaşdı, lakin AYB-dən hələ rəsmi açıqlama verməyib.

Açılış mərasimində Michael Ben David bu cür hərəkətlərinə görə görə də tənqid edilmişdi.

One thought on “İSRAİL AVROVİZİYA-DAN DİSKVALİFİKASİYA EDİLİR?

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading