“MGP 2021” BEŞİNCİ YARIMFİNAL: IMERIKA SİZİN FAVORİTİNİZDİR

Növbəti “12 Xal İzləyici” səsverməsinin nəticələri bəlli oldu. IMERIKA “I Can’t Escape” mahnısı ilə sizin “Melodi Grand Prix 2021” Beşinci Yarımfinal favoritinizdir.

Həmişə olduğu kimi, bu həftə də “Melodi Grand Prix 2021” mahnıları açıqlanan kimi izləyicilərimizə sual verdik: “Favoritiniz kimdir?”. Altı gün bizim telegram kanalımızda devam edən səsvermənin nəticəsində IMERIKA ən çox səs toplamağı bacardı.

İfaçı bütün gələn səslər arasında onların 46% toplayaraq ilk pillədə qərarlaşdı.

Qeyd edək ki, artıq bu gün Norveç milli seçim turu “Melodi Grand Prix 2021”-in sonuncu, Beşinci Yarımfinalı baş tutacaq. Müsabiqənin bu gecəsində yenə dörd nəfər yarışacaq:

1. Ane.Fin – Walking In My Sleep;
2. TuVeia – Bli med meg på gar’n;
3. IMERIKA – I Can’t Escape;
4. RIVER skal fremføre – Coming Home.

Mahnıların hamısını bizim telegram kanalımızda dinləyə bilərsiniz.

Leave a Reply