İtaliyanın Turin şəhərində keçiriləcək Avroviziya Mahnı Müsabiqəsi ilə bağlı şok bir iddia ortaya atılıb.
Belə ki, yarışmada könüllü olaraq iştirak edən bir sıra qız, Avroviziya 2022-nin açılış mərasimindən sonra keçirilən partidə bəzi nümayəndə heyətlərinin tərkibində olan insanlar tərəfindən təcavüzə məruz qaldıqlarını söyləyiblər.
Adlarını söyləmədən İtaliya mətbuatına açıqlama verən könüllülər qrupu hadisə anını belə izah edib:
“Açılış mərasimindən sonra keçirilən şənlikdə könüllü olaraq çalışırdıq. Hər birimiz iyirmili yaşlarda olan qızlarıq. Partidə bir qrup kişi rəqqas uzun müddət bizə baxdıqdan sonra, biz istəmədən baldırımıza toxunmağa başladılar və hətta bizi zorla öpməyə çalışanlar belə var idi. Əgər orda könüllü kimi çalışmasa idik, daha sərt reaksiya verərdik.”