10, 12 və 14 may tarixlərində baş tutacaq 66-cı Avroviziya mahnı müsabiqəsinin Azərbaycan üzrə şərhçisi bəstəkar, ifaçı, prodüser və aparıcı Murad Arif olacaq.
2 yarımfinal və 1 böyük finaldan ibarət 3 şou İctimai Televiziyanın efirindən Murad Arifin şərhi ilə canlı olaraq yayımlanacaq. Proqramların hər biri Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, bu Murad Arifin ilk Avroviziya şərhi deyil. 2006-cı ildə ilk dəfə Azərbaycanda yayımlanan müsabiqənin şərhçisi məhz, Murad Arif olmuşdur. Bununla yanaşı, 2019 və 2021-ci illərdə də şərhçi olaraq müsabiqədə fəaliyyət göstərmişdir.
Avroviziya 2022 təqvimi ilə daha yaxından tanış olmaq üçün buraya daxil olun.