CANLI BLOQ: AVROVİZİYA 2022 MƏŞQLƏRİ – 1 MAY

Avroviziya 2022 məşqlərinin ikinci günündə hər birinizi xoş gördük. Bu gün daha 8 ölkə Pala Olimpico səhnəsində ilk məşqlərini həyata keçirəcək.

Öncəliklə gəlin həmin 8 ölkə ilə tanış olaq.

🇵🇹 Portuqaliya

🇭🇷 Xorvatiya

🇩🇰 Danimarka

🇦🇹 Avstriya

🇮🇸 İslandiya

🇬🇷 Yunanıstan

🇳🇴 Norveç

🇦🇲 Ermənistan


  1. 🇵🇹 Portuqaliya

Günün ilk məşqini edəcək təmsilçi MARO-dur. Portuqaliya “Green Room”-un düz qarşısında olan B səhnəsində çıxış edir. Müğənni mahnının səmimi, yuxu kimi olan tərzinə uyğun olaraq dairəvi formada ifa edir. Döşəmədə bataqlıq rəngində qrafiklər var. Çıxış sadə, gözəl və insanları valeh edəcək tərzdədir. Çıxışın sonunda zəmində buxar effektlərindən istifadə olunur.


  1. 🇭🇷 Xorvatiya

Günün bir digər məşqini edəcək təmsilçi Mia-dır. Mia bundan əvvəl mahnılarında Taylor Swift, Norah Jones və Kacey Musgraves-dən ilham aldığını qeyd etmişdi və bunu səhnədə görmək mümkündür.

Mia-nın əynində flamenko fırfırları olan cazibədar çəhrayı don var.

Mia-nın ətrafında mahnının sözlərini rəqs hərəkətləri ilə çatdıran üç rəqqas var. İndiyənə kimi məşqlərdə gördüklərimizdən tam fərqli bir mənzərə var və çıxış zamanı böyük səhnədən geniş şəkildə istifadə olunur.


  1. 🇩🇰 Danimarka

Növbədə REDDI qrupudur. Qrup səhnədə retro temalı bir çıxış sərgiləyir. Üzərindəki retro havalı paltarlarla moda göstərirlər. Səhnədə çoxlu neon blok qrafiklər mövcuddur. Ümumillikdə gözəl bir təsir bağışlayırlar.

Sona yaxın solist oktava dəyişikliyi edərək monoton notlarla davam edən bazar günü üçün dəyişiklik edir. Çıxışın sonunda isə milli finaldakı kimi fişənglərdən istifadə olunur.


  1. 🇦🇹 Avstriya

LUM!X və Pia Maria əyləncəli bir çıxış təqdim edir.

İfaçıların ətrafında dairəvi formada neon işıq seli var ki, bu da Avstriyanın rəqs enerjisini bizə ötürür. Son məşqdə isə səhnəyə pirotexnika əlavə olunur. İlk məşqi Green Room-da sadəcə 20 nəfər izləyib və Halo-nu dinləyərək özlərinə parti təşkil ediblər.


  1. 🇮🇸 İslandiya

Avstriyanın səhnəsindən sonrakı qaranlıq, sanki Systur-un mənası “Günün Çıxması İlə” olan mahnısı ilə işıqlanıb.

Systur qrupu da retro stildə geyinib.

Çıxışlarındakı harmoniyalar və parıltılı qrafiklər ifanı daha da “sehirli” edir.


  1. 🇬🇷 Yunanıstan

Növbədə məşq sırası Yunanıstandadır. Amanda səhnədə təkdir. Müğəninin geyimi uzun, gümüşü ağ rənglidir. Ətrafında yerə yıxılmış, boş stullar yerləşdirilib. Döşəmədə göy rəngli effektlər mövcuddur.

Səsindəki exolar isə insanı məst edir.


  1. 🇳🇴 Norveç

Norveçin səhnəsi “Melodi Grand Prix”-dəki səhnə ilə demək olar ki, eynidir.

Səhnədə qrup üzvləri Keith və Kim-ə sarı kostyumda 3 rəqqas qoşulub. Kosmonavt paltarındakı DJ isə, yüksəklikdə olan kürsüsündədir.

Keith və Jimin səsi əladır, rəqs hərəkətləri isə “dəqiq”dir. Məşqin sonunda atəş fəşanlıqdan istifadə olunur.


  1. 🇦🇲 Ermənistan

Ermənistanın çıxışında səhnədə bir tikili var.

Tikili divarları olan ağ yataq otağıdır. Otaqda üstündə yapışqan notlar olan mebellər var.

Rosa çıxış zamanı bəzi notları qoparır. İfa edərkən divarlarda mahnının sözləri və 22 iyun tarixi yazılır.

Qeyd edək ki, bu tarix mahnının ilham mənbəyi olan tarixdir.


Mənbə: Eurovision.tv

Şəkillər: EBU / ANDRES PUTTING

Leave a Reply