Avroviziya 2022 məşqlərinin üçüncü günündə hər birinizi xoş gördük. Bu gün daha 9 ölkə Pala Olimpico səhnəsində ilk məşqlərini həyata keçirəcək.
Öncəliklə gəlin həmin 9 ölkə ilə tanış olaq:
🇫🇮 Finlandiya
🇮🇱 İsrail
🇷🇸 Serbyia
🇦🇿 Azərbaycan
🇬🇪 Gürcüstan
🇲🇹 Malta
🇸🇲 San Marino
🇦🇺 Avstraliya
🇨🇾 Kipr
- 🇫🇮 Finlandiya
Günün ilk məşqini The Rasmus qrupu edir. Qrupun səhnəsi böyük, üzən qara şarlarla örtülüb. Qrup özləri ilə qara nəm hava paltarları gətiriblər.
Qrup çox özlərinə əmin performans nümayiş etdirdilər. Səhnədə sarı işıqlardan çox istifadə edirlər. Məşqin sonunda isə atəşfəşanlıq və dumanlardan istifadə edirlər.

- 🇮🇱 İsrail
Michael ilk məşqi üçün səhnədədir.
Əla səs? ☑️
Dəqiq işlənmiş rəqs? ☑️
Ağ paltarda cazibədar rəqqaslar? ☑️
Tamamilə əla pop mahnısı? ☑️
4 ☑️ -la əla Avroviziya mahnısı tamamlandı.

- 🇷🇸 Serbiya
Çıxış demək olar ki, seçim turu ilə eynidir. Səhnədə keyfiyyətli mebellər, əl yumaq və 5 rəqqas tərəfindən icra olunan məhrəba xoreoqrafiyası var. Çıxış bu ilki bütün çıxışlardan maraqlı və məstedici keyfiyyəti ilə fərqlənir.

- 🇦🇿 Azərbaycan
Nadir səhnədədir. Güclü ballada mahnıya yaraşan da elə gözəl səsdir. Stadionlardan bizə tanış olan oturcaqlara bənzər pilləkanda əyləşib. Onun kamera rakursları mükəmməl seçilib. Hansıki, bununla mahnının dramatikliyi daha da üzə çarpılır. Bir nəfər rəqqasla birgə səhnədədir. Əyləşmiş olduğu pilləkanlar sonradan 2 yerə ayrılır və bununla da rəqqas ilə üz-üzə gəlir.

- 🇬🇪 Gürcüstan
Növbədə Gürcüstandır. Səhnədə şənlik var. Bundan başqa Viktoriya sirkinin elementlərini səhnədə görmək mümkündür. Birazda steampunk elementlər və neon qrafiklər mövcuddur.

- 🇲🇹 Malta
Emmanın səhnəsində parlaq bir piano var. Disko topu qədər parlaq bir geyimi və mükəmməl vokalı ilə göz oxşayır.
O eyni zamanda bu gün B səhnəsində ifa edən yeganə təmsilçidir. Ona 4 bek vokalçı rəqqas müşaiət edir.

- 🇸🇲 San Marino
Növbədə Achille-dir. O bu günün seçilən üslublu ifaçısıdır. Çox rəngarəng bir səhnə hazırlayıb. Belə ki, onun paltarı tamamilə parıltılı və dardır. Dəridən bir kovboy papağı və botları var. Ancaq bununla yekunlaşmır. Achille üzərində bir kürk var ki, üzəri tüklərlə bəzədilib.
Səhnədə böyük metal bir qəfəs var. Məşqin sonunda səhnəyə duman və alovlar əlavə olunur.

- 🇦🇺 Avstraliya
Sheldon uzun bəyaz libas geyinib. Libasda ətəyə qədər uzanan ağ kürk var. Öz gümüşü və parlaq maskasını da taxıb.
Sheldon özü güclü vokal performansı sərgiləyir. Onun zilləri arenanı silkələyir.

- 🇨🇾 Kipr
Sonuncu olaraq səhnəyə Andromache çıxır. Kiprin rekvizitləri bu ilin böyüklərindən biridir. Səhnədə balıqqulağına bənzər strukturda həm rəqqaslar, həm də proyektlərdən əks olunmuş effektlər var. İfaçı dalğaların fonunda gözəllik ilahəsi Afroditaya bənzəyir.

Mənbə: Eurovision.tv
Şəkillər: EBU / ANDRES PUTTING