Bu gün baş tutan təmsilçimizin ilk məşqində Nadirin səhnə üçün hazırlamış olduğu xareoqrafiyadan bəzi sirlər açıqlanıb. Media üçün ilk məşq bağlı olsa da Avroviziyanın rəsmi saytı hər bir çıxış haqqında kiçik məlumat verməkdədir.
Belə ki, Nadir səhnədə eleqant bir çıxış edib və səhnədə tək deyil. Tünd rəngli atmosferin olduğu səhnədə işıq şousunun üstünlüyü yer alır. Səhnədə bir nəfər kişi rəqqas var. Güclü ballada mahnı ilə işıq və kamera rakursları vəhdəd təşkil edir və bununla mahnını daha da dramatikləşdirir. Nadir stadion oturacaqlarına bənzər bir pilləkanın üzərində əyləşib. Sonradan bu pilləkan 2 yerə ayrılır və rəqqas ilə Nadir üz-üzə gəlir. Səsində hər hansı bir qüsur yoxdur. Məşq uğurla başa çatıb.
