Avroviziya 2002

2002 Avroviziya Mahnı Müsabiqəsi — sayca 47-ci Avroviziya Mahnı Müsabiqəsidir. Tanel Padar, Deyv Benton və 2XL qrupunun ifa etdikləri “Everybody” adlı mahnı ilə 2001 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2002-ci ildə Estoniya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Estoniyanın paytaxtı Tallin şəhərində Saku Suurhall arenasında keçirilmişdir. Müsabiqə 2002-ci ilin 25 may tarixində baş tutmuşdur.

2002-ci ildə Avroviziyada son beş ildə ən aşağı nəticələr göstərmiş altı ölkə İrlandiya, İslandiya, Niderland, Norveç, Polşa və Portuqaliya müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırılan ölkələri isə Avstriya, Belçika, Finlandiya, İsveçrə, Kipr, Makedoniya və Rumıniya əvəz etmişdir. Bu ölkələrin hər biri bir illik fasilədən sonra müsabiqəyə geri qaytarılmışdır. Ümumilikdə 24 ölkənin iştirak etdiyi Avroviziya 2002-də Latviya təmsilçisi Marie N ifa etdiyi “I Wanna” adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Bu 2000-ci ildən etibarən Avroviziyada iştirak edən Latviyanın müsabiqədə ilk qələbəsi idi.

Maraqlı faktlar:

Danimarka təmsilçisi Malene günün ən əsas favoritlərindən olsa da o ifası zamanı çox gərgin idi və nəticədə 7 xal alaraq sonuncu oldu.

2002-ci il yarışması üçün qaydalarda yalnız 22 ölkənin iştirak edə biləcəyi deyilmişdi, ancaq Avropa Yayım Birliyi daha sonra yarışmaya buraxılan ölkələri 24-ə çatdırdı.

2002-ci il müsabiqənin tarixində xüsusi gün idi ona görə ki, ilk dəfə şüardan istifadə edilirdi. Modern Fairytale adlnan ilk şüar müsabiqədə iştirakçıların postkartlarında nağıllardan bəhs etməsinə də səbəb oldu.

YouTube player
%d bloggers like this: