NADİR: ZÖVQÜMƏ GÜVƏNİRSİNİZSƏ, İNANIN. ÇOX İDDİALI BİR MAHNI İLƏ GƏLİRƏM

Avroviziya 2022 Azərbaycan təmsilçisi Nadir Rüstəmli mahnı təqdimatına bir neçə gün qalmış bloqumuzun layihələrindən biri olan “12 sual” proqramında izləyicilər tərəfindən təqdim olunan sualları cavablayıb.

Suallar arasında mahnı seçimi prosesinin necə baş tutması yer alırdı ki, bu haqda Nadir:

Təxminən 300 mahnı bizə göndərilmişdi. Həmin mahnılar arasından mənə uyğun olan 6 ən yaxşıları seçilərək mənə təqdim olundu. Düzdü mən təkcə o 6 mahnıya deyil, digər mahnılarada baxdım. Gözəl mahnılar var idi. Nəticədə isə 6 mahnının hamısı ifa etmədim. Onların içərisindən ən çox bəyəndiyim 4 mahnını studiyada ifa etdim.

Xatırlıyırsınızsa, bir dəfə açıqlamamda təmsilçi olsam yüngül rok mahnısı oxumaq istədiyimi qeyd etmişdim. Orda rok da, yüngül rok da, ballada da daxil bir çox janrlarda mahnılar var idi. Mən onları gördükdən sonra qərara gəldim ki, rok da ballada da çox gözəldi. Mən bir janr üzərində qalmamalıyam. Bu 4 mahnıdan biri isə mənim ən çox sevdiyim mahnı idi. Özümə çox yaxın hiss edirdim. Nə vaxt ki, biz bu 4 mahnını studiyada yazdırdıq, onda mən gördüm ki, bu mahnını sevməkdə elə düz etmişəm. Çünki o mahnıya vuruldum.

Bilirəm, çox gözləmisiniz, mən də gözləmişəm. Belə birşey olmayıbki mən hərşeyi bilmişəm sizə deməmişəm. Xeyr, mən özüm də çox gözləmişəm. Əlbəttə siz məndən də çox gözləmisiniz, bilirəm, intizardasınız. Sizə bunu deyə bilərəmki, gözləməyinizə o qədər deyəcək ki… Çox gözəl bir mahnıdır. Çox möhtəşəm bir mahnıdır. Çox iddialıyam bu sözümdə. Bilmirəm, mənim musiqi zövqümə nə dərəcə güvənirsiniz. “Səs Azərbaycan”-dan tanıyırsınız ən azından məni. Yəni əgər bir azca da olsun mənə güvənirsinizsə, bunu sizə deyirəm. Çox iddialıyam.

Müsahibənin davamını izləmək üçün aşağıdaki videoya keçid edə bilərsiniz:

YouTube player

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading