Norveç milli seçim turu “Melodi Grand Prix 2021”-in İlk Yarımfinalı dünən baş tutdu. Nəticə olaraq Blåsemafian finala vəsiqə qazandı.
Həmişə olduğu kimi, dörd iştirakçının yarışdığı mövsümün ilk yarımfinalında, gecənin sonunda yeddinci finalist bəlli oldu.
Efir həmin gecənin püşkatmasından başladı. Nəticə olaraq ilk dueldə Stina Talling Beady Belle’yə qarşı, ikinci dueldə Jorn Blåsemafian’a qarşı yarışdılar.
Bu iki duelin ardindan “Qızıl Dueldə” qaliblər öz arasında yarışdı: Stina Talling Blåsemafian’a qarşı.
Hər anını bizim telegram kanalımızda birlikdə yaşadığımız, və səsvermədə iştirak etdiyimiz gecənin sonunda “Let Loose” mahnısı ilə Blåsemafian finala vəsiqə qazandı.
Bununla yanaşı, həmin gecədə müsabiqənin iki birbaşa finalistinin canlı performansını izləyə bildik. Yarışmaya geri dönən KEiiNO qrupu öz “Monument” mahnısını, yarışmaya ilk dəfə qatılan Tix isə “Ut Av Mørket” mahnısını ifa etdi.
Növbəti yarımfinalın mahnıları Bazar Ertəsi günü, növbəti birbaşa finalist mahnısı Cümə günü, yarışmanın İkinci Yarımfinalı isə ayın 23-ü baş tutacaq.
Bütün yeniliklər anında bizim telegram kanalımızda paylaşılır.