NADİR YULİ SEZAR İLƏ BAĞLI PAYLAŞIMLARINDAN SÖZ AÇDI

Avroviziya 2022 Azərbaycan təmsilçisi Nadir Rüstəmli mahnı təqdimatına bir neçə gün qalmış bloqumuzun layihələrindən biri olan “12 sual” proqramında izləyicilər tərəfindən təqdim olunan sualları cavablayıb.

Müsahibə zamanı Nadirə hər kəs tərəfindən maraqla qarşılanan Yuli Sezar ilə bağlı açıqlaması haqqında sualımızı ünvanladıq. O etmiş olduğu paylaşımların səbəbini belə ifadə edib:

Verliş zamanı mövzu olaraq bir şəxsin bir neçə işi eyni anda görməsindən söz açılmışdı. Mən də mahnı oxumaqla yanaşı aktyorluğu da çox bəyəndiyimi demişdim. Aparıcı bu sözümə cavab olaraq “İnsan bir işdən yapışar, bir işin arxasıyca gedər. Bir neçə işi eyni anda necə edə bilər? Yuli Sezarsan sən?” dedi. Və bu an mən də dedim ki, Yuli Sezar özünü tarixə yazdıran bir şəxsiyyətdir, may ayında da Nadir Rüstəmli yazacaq. Bunu indi də deyə bilərəm.

Bundan sonra maraqlı gəldi mənə də bu səbəbdən bir neçə bununla bağlı paylaşım da etdim. Yenə də demirəm mahnı ilə əlaqəsi var ya yox. Amma gözləyin, biləcəksiniz.

Müsahibənin davamını izləmək üçün aşağıdaki videomuza keçid edə bilərsiniz:

YouTube player

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading