AVROVİZİYA MAHNIMIZIN KLİPİ AZƏRBAYCANDA ÇƏKİLİB – NADİR

Avroviziya 2022 Azərbaycan təmsilçisi Nadir Rüstəmli mahnı təqdimatına bir neçə gün qalmış bloqumuzun layihələrindən biri olan “12 sual” proqramında izləyicilər tərəfindən təqdim olunan sualları cavablayıb.

Mahnı haqqında öz fikirlərini bölüşdükdən sonra Nadir üçün ünvanladığımız “Klip çəkilişi necə baş tutdu? Bu sənin eyni zamanda ilk musiqi videon olacaqdı. Necə bir hissdir?” sualına cavab olaraq təmsilçimiz belə cavab verib:

Bəli, öz mahnım və peşəkar klip çəkilişi olaraq ilk işimdir. Çox gözəl bir klip alındı. Mahnım haqqında nələr dedimsə, bir o qədər də klipə aid edirəm. Çünki çox möhtəşəm alındı. Hətta əmin edirəm sizi ki, klipim də çox iddialıdır. Çox danışılacaq bir klipdir və çox çətin oldu mənim üçün klipin çəkilişindəki proseslər. Düzü yekun olaraq necədi tam olaraq mən də görməmişəm amma çox çətin və çox gözəl oldu deyə düşünürəm.

“Klip Bakıda çəkilib?” sualına cavab olaraq isə Nadir:

Yox, Bakıda çəkilməyib amma Azərbaycanda çəkilib. Çox möhtəşəm görüntülər və dəstixətt var. Orda Nadiri bir qədər fərqli görəcəksiniz. Hətta film kimi bir klip görəcəksiniz.

Bu il mən inanıram ki, çox danışılacaq bu klip. Təkcə Azərbaycanda yox, digər iştirakçı ölkələr də bundan danışacaq. Öncədən Avroviziya təmsilçisi olmağın nə qədər çətin olduğunu bilirdim amma bu klip çəkilişində iştirak edəndən sonra başa düşdüm və bugünədək Azərbaycan təmsilçisi olan şəxsləri sadəcə alqışlayıram ki, çox böyük insansınız. Çünki çox çətin proseslərdir. Ümid edirəm ki, çəkdiyimiz əziyyətə dəyəcək.

Müsahibənin davamını izləmək üçün aşağıdaki linkə daxil ola bilərsiniz:

YouTube player

Leave a Reply