RÜFƏT İSMAYIL EFENDİ İLƏ ÇALIŞACAQ – QİYMƏTLİ DAŞLARDAN GEYİM

Azərbaycan təmsilçisi Efendinin Avroviziya-2021 səhnəsində çıxışı üçün nəzərdə tutulmuş geyimin dizayneri dünya şöhrətli modelyer Rüfət İsmayıl olmuşdur.

“Affair” brendinin təsisçisi Rüfət İsmayılın kolleksiyaları Dəb Həftəsində Nyu-York, Milan, Florensiya, Tehran və digər şəhərlərdə təqdim olunmuşdur.

İsmayılın kolleksiyası həmçinin məşhur kişi moda sərgisi Pitti Uomo-da nümayiş etdirilib. Rüfət İsmayılın geyimləri bir çox Hollivud ulduzlarının seçimi olub,  onların arasında Cey Lo, Beyons, Aşanti, Dua Lipa və bir çox başqa dünya şöhrətli ulduzlar yer alır.

Rüfət İsmayıl:Efendi üçün geyim hazırlayarkən əsas məqsədimiz güclü, özünə inamlı qadının ruhunu çatdırmaq idi.  Başqa vacib məqam isə Milli elementlərin mövcudluğuydu, hansı ki, bütün bunların bir obrazda birləşməsi elə də asan deyildi. Səhnədə sənətçini heç də ondan geri qalmayan gözəl obrazlarda olan rəqqaslar tamamlayacaq və biz əminik ki, səhnə kostyumları vasitəsilə istədiyimiz ideyanı tamaşaçılara çatdıra biləcəyik. Ən əsası isə Efendinin geyinəcəyi kostyumda özünü qəlbləri fəth edən biri kimi hiss etməsidir, axı sənətçinin geyimi öz üzərində necə təqdim etməsi çox önəmli məqamdır“.

Efendinin kostyumu qiymətli və yarı qiymətli daşlarla bəzədiləcək, onda müasir tərzdə milli elementlərin birləşməsi olacaq.

YouTube player

Qeyd edək ki, “Open up!” olan müsabiqənin yarımfinal mərhələləri may ayının 18-i və 20-də, final mərhələsi sə May ayının 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcək. Azərbaycan təmsilçisi birinci yarımfinalda çıxış edəcək.

YouTube player

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading