MƏŞQLƏRİ BİZİMLƏ CANLI İZLƏ

Bildiyiniz kimi artıq 8 may tarixindən etibarən 65-ci Avroviziya mahnı müsabiqəsi öz məşqləri ilə ev sahibi şəhər Rotterdamda yerləşən Ahoy arenadan start götürəcək.

Müsabiqə iştirakçıları bir-bir səhnədə öz məşqlərini həyata keçirəcək, aparıcılar, münsiflər, qrafiklər, işıqlar və digər böyükdən kiçiyə hər bir detallar 3 dəqiqəlik şou üçün hazır vəziyyətə gətiriləcək. Bizi qarşıda 2 həftəlik böyük məşq həftəsi gözləyir ki, bu həftə ərzində baş tutacaqların hər birinin tarixi və saatı haqqında məlumatı da bizim təqvimimizdən tanış ola bilərsiniz.

“12 xal” Eurovision Azərbaycan Blogu olaraq isə sizlər üçün məşqləri daha da yaxın edirik. İctimai Televiziya və Avropa Yayım Birliyi tərəfindən müsabiqənin jurnalistləri olaraq komanda üzvlər akreditasiya ilə təmin olunmuşdur.

Qarşıda bizi gözləyən məşqləri birbaşa izləyə bilməsəniz də, Ahoy arenaya olacaq canlı bağlantımız vasitəsilə baş verənlərdən sizin də xəbəriniz olacaq. Həmçinin, ölkə təmsilçimizin mətbuat konfransında iştirak edə biləcəksiniz. Bununla da 2 həftəlik proqramımızda bizi sosial şəbəkə hesablarımızdan izləyərək baş verənlər ilə yaxından tanış olmağınız mümkün olacaq.

Proqramları haradan izləyə bilərik?

Bizim Youtube kanalımızda, həmçinin Instagram hesabımızda canlı yayımlarımızı izləyə biləcək, Telegram kanalımız, Instagram & Facebook & Twitter səhifələrimizdə və saytımızda isə baş verənləri yazılı şəkildə oxuya biləcəksiniz.

Bütün bunları qaçırmamaq üçün isə elə indi bizim sosial media hesablarımızı izləməyinizi və bizi dostlarınızla paylaşaraq dəstək olmağınızı gözləyirik.

Leave a Reply