Finlandiya yayımçı kanalı YLE bu gün ölkənin milli finalı olan UMK 2023 ilə bağlı məlumatları ictimaiyyətlə bölüşüb.
Yayımçı kanalın məlumatına görə, müsabiqənin finalı 25 fevralda baş tutacaq. Milli finalın qalibi Finlandiyanı Avroviziya 2023-də təmsil edəcək.
UMK 2023-də ümumillikdə 7 müğənni qalibiyyət uğrunda mübarizə aparacaq. Müğənnilərin adları 11 yanvar tarixində açıqlanacaq. Mahnılar isə 12-20 yanvar tarixlərində hər gün bir mahnı olmaqla təqdim olunacaq.
Kanala görə qarşıdan gələn buraxılış UMK tarixinin ən güclü buraxılışı olacaq. Milli finalla bağlı digər məlumatlar isə aşağıdakılardır:
- Müsabiqədə əvvələr iştirak etmiş simaları yenidən görə bilərik.
- Çox istedadlı bir müğənni tərəfindən ifa olunan və müsabiqə tarixinin ən yaxşı rəqs performansına şahid olacağıq.
- Məşhur bir müğənnin seksual məzmunlu bir çıxışını izləyəcəyik.
- Finlandiyadan çıxıb başqa ölkədə tanınan bir müğənni tərəfindən çox güclü bir ballad mahnı ifa ediləcək.
- Müsabiqə tarixinin ən güclü rep hitini izləyəcəyik.
Qeyd edək ki, milli finalın biletləri artıq bu gündən etibarən satışa çıxarılıb.
Xatırladaq ki, ölkəni Avroviziya 2022-də məşhur The Rasmus qrupu “Jezebel” adlı mahnısı ilə təmsil etmiş və nəticədə 38 xal toplayaraq 21-ci sırada qərarlaşmışdılar.