AVROVİZİYA 2021 MƏŞQLƏRİN İLK GÜNÜ (YENİLƏNİR)

Avroviziya 2021 məşqləri an etibarı ilə bugün saat 12:00-da başlayır. Birinci yarıfinalın ilk hissəsində çıxış edəcək olan 7 ölkə bu gün Ahoy arenada ilk dəfə öz məşqlərini həyata keçirir. “12 xal” olaraq baş verənləri sizə daha da yaxın etmək adına gün ərzində həyata keçən məşqlər, səhnədə və pərdə arxasında yaşananları detallı olaraq sizinlə bölüşürük.

Qeyd edək ki, ölkələrin çıxışları baş tutduqca xəbər yenilənir. Əgər istəyirsinizsə, məşqləri Youtube kanalımızda canlı olaraq şərh etdiyimiz videodan izləməyiniz mümkündür.

YouTube player
YouTube player

Öncəliklə bu gün baş tutacaq məşqlərin siyahısı ilə tanış olaq:


– 8 May | Avroviziya 2021: Məşqlərin ilk günü

Birinci yarıfinalın ilk hissəsi – ilk məşqləri:

– Litva | 12:00 – 12:30

– Sloveniya | 12:40 – 13:10

– Rusiya | 13:20 – 13:50

– İsveç | 14:00 – 14:30

– Fasilə | 14:30 – 15:30

– Avstraliya (Ehtiyat çıxış) | 15:40 – 16:10

– Ş. Makedoniya | 16:20 – 16:50

– İrlandiya | 17:00 – 17:30


Məşqlər zamanı nə baş verdi? Detallara nəzər yetirək:


– Litva | 12:00 – 12:30

Və budur! Məşqlər başladı, açılışı edən ölkə öz fərqli təmsilçisi ilə 2 ildir seçilən Litva oldu. Səhnədə çəhrayı rənglər üstünlük təşkil edirdi. İfaçının geyimi milli seçim turlarındakı geyimlə eyni idi. Performans başlayanda tək olan ifaçıya sonradan 4 rəqqas da qoşuldu. Əvvəl yuxarıda gördüyümüz nəhəng, yumru işıqlar tədricən aşağı doğru enməyə başladı. Milli seçim turları zamanı gördüklərimizlə eyni olan təkcə geyimlər yox, eyni zamanda bir neçə detal, məsələn, şahmat xaları idi ki, Rotterdamda da bizi qarşıladı. Sonlara doğru təmsilçi və rəqqaslar geriyə doğru gedən kameraya yaxınlaşaraq öz çıxışlarını sonlandırırlar.

YouTube player

– Sloveniya | 12:40 – 13:10

İkinci olaraq səhnə Sloveniyanındır. Ana Soklič-in geyimi milli seçimlərdə gördüyümüz ağ libas olaraq qalıb. Səhnəyə qara fonda qızılı işıqlar hakimdir. İfaçı performans ərzində demək olar hərəkətsiz idi. Üstünlük təşkil edən rənglər qızılı idi. Ana’nın vokalı da məşqlər ərzində izləyicilər tərəfindən sevildiyi geri dönüşlərdən hissolunurdu.

YouTube player

– Rusiya | 13:20 – 13:50

Manizha səhnəyə çox böyük üstü milli rus ornamentləri ilə bəzədilmiş bir kostyumla çıxır. Səhnədə hərəkət etdikcə sürüşmə effekti yaranır. İfaçı ortaya yaxın libası çıxarır və milli finaldakı qırmızı kostyumda qalır. Arxa fona milli rus elementləri və mahnının ingiliscə tərcüməsi gedir. Sona yaxın bir çox insan ona qoşularaq mahnını birgə ifa edirlər.

YouTube player

– İsveç | 14:00 – 14:30

Tusse eyni rəngdə geyimlə və əlində uzun əlcəklərlə səhnəyə çıxır. Əlcəyin üstü daş-qaşlarla bəzədilib. Tusse səhnədə parlayır. Səhnəyə çoxlu insanlar görsənir.Çıxış Melfestdəki çıxış ilə bənzər idi. Səhnədə qırmızı və sarı işıq effektləri üstünlük təşkil edir. Eyni zamanda səhnədə olan parlaq işıq effektləri özündən əvvəlki Sloveniyanı da xatırladır.Və İsveç həmişəki kimi gözoxşayan bir nömrə göstərir.

YouTube player

– Avstraliya (Ehtiyat çıxış) | 15:40 – 16:10

Avstraliya bu il pandemiya səbəbindən Rotterdama gələ bilmədi. Buna görə də ehtiyat çıxışından kadr arxası çox kiçik bir hissə paylaşıldı. Adi studiada çəkilmiş çıxış rəngli və işıqlı bir səhnə quruluşuna malikdir. Səhnədə fərqli parlaq geyimə və rəngarən saçı ilə diqqət çəkməyi bacarır.

YouTube player

– Ş. Makedoniya | 16:20 – 16:50

Vasil qaranlıq səhnədə tək dayanıb. Bir ədəd işıq Vasili qaranlıqda işıqlandırır. Xüsusi effektlər vasitəsilə mikrafondan ağac budağına bənzər budaqlar ayrılır. Səhnədə fonda qızılı effektlər var. Nəqarətdən sonra ifaçı mikrafonu götürərək irəliləyir. Vasilin geyimi qara rəngli kostyumdur. Geyimin üstündə eynilə Melodifestival iştirakçısı olmuş Dotterin səhnə perfomansında olduğu kimi əks olunan işıqlar var. Visual baxımından bu gün ən gözəl çıxışlardan biri ola bilər.

YouTube player

– İrlandiya | 17:00 – 17:30

İrlandiya təmsilçisi Lesley Roy öz səhnəsində ilk dəfə artırılmış reallıqdan istifadə elədi. Olduqca mürəkkəb olan səhnə şousu olduqca innovativ və sirlidir. Səhnədə qutuların içərisində müxtəlif səhnəciklər yaradılıb. Bir hissədə 2 nəfər əllərində kitabları vərəqləyir və mərkəzdə ifaçı mahnısını oxuyur. İfaçının vokalla bağlı bir qədər problemləri hiss edilirdi.

YouTube player

© All rights belong EBU

Photos/videos by: eurovision.tv

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading