“Avroviziya 2021” mahnı müsabiqəsinə sayılı günlər qala, həyacan daha da artır.
Bir ölkə təmsilçi seçir, digər ölkə mahnı hazırlayır, başqa bir ölkə ölkə klip çəkir, bir ölkədə isə milli final həyacanı yaşanır. Yarışmada seçilənlərdən olub, yaddaşlarda qalmaq üçün demək olar ki, hər bir ölkə böyük şövqlə çalışır. Elə bizim peşəkar komandamız və təmsilçimiz də bu qəbildəndir.
Bildiyiniz kimi Azərbaycanın bu il Avroviziyadakı siması olan Əfəndi üçün mahnı seçimi prosesi artıq yekunlaşıb. Fevralın 1-ə qədər təxminən 229 mahnı qəbul edildi. Hərçənd ki, onlardan sadəcə 6-ı Azərbaycanın Rotterdamdakı səsi olmaq üçün əsas hissəyə, yəni Focus Group adlanan peşəkar qrupa göndərildi. Məhz, o mahnılar arasından biri isə artıq seçilib və Avroviziya səhnəsində səslənmək üçün tələsir.
Əldə etdiyimiz məlumata əsasən deyə bilərik ki, Əfəndinin mahnısı artıq seçilib. Mahnı üzərində son tamamlama işləri görülür. Hətta, klip çəkilişləri üçün məkan seçimlərinə belə start verilib.
Məkan olaraq əvvəldə qeyd etdiyimiz kimi, klip Azərbaycanda, çox güman Bakıda lentə alınacaq. Seçilmiş mahnının janrı və klipin ssenarisi əsasında paytaxtımızda olan məkanlar arasında seçim prosesi gedir və çox güman ki, Fevral ayının sonuna klip artıq hazır olacaqdır. Klip və mahnının təqdimatı isə daha öncədən açıqlamış olduğumuz kimi mart ayının ikinci həftəsinə planlaşdırılır.
Qeyd edək ki, Avroviziya 2020-də Azərbaycan adına yarışmalı olan mahnı- “Cleopatra”-da elə Fevral ayının sonlarında Qobustanda lentə alınmışdı.
One thought on “MAHNI ARTIQ SEÇİLİB, KLİP ÇƏKİLİŞİ BAŞLAYIR”