Avroviziya 2021 mahnı müsabiqəsinin başlamasına sayılı aylar qalmışkən artıq iştirakçı ölkələr mahnı hazırlıqlarına başlamış və hətta bəzi ölkələr artıq mahnılarını təsdiqləyib, klipini yayımlayıblar.
Hər il olduğu kimi bu ildə ölkəmiz Avropanın ən nüfuzlu musiqi yarışmasına bir qədər “üstüörtülü” şəkildə hazırlaşır və bizləri yetərincə səbrsizləndirir desək yanılmarıq. Xeyr, bu tənqid deyil, bu sadəcə seçim üsuludur və hörmətlə yanaşmalı olduğumuz bir məqamdır. Lakin bildiyiniz kimi medyada yayılan xəbərlərə görə mahnımız artıq təsdiqlənmənin astanasındadır. Bu isə o deməkdir ki, Əfəndi seçilmiş mahnılardan biri ilə Azərbaycanın səsini Rotterdamdan bütün Avropaya çatdıracaq.
Öz peşəkar və diqqətli yanaşması ilə Azərbaycan elə qatıldığı ilk gündən Avropa tamaşaçısının ürəyinə yol tapmağı bacarmışdır. Dillər əzbəri olan mahnılardan tut, gözəlliyi və səhnədəki özünə əmin duruşu ilə çoxlarına nümunə olacaq gənc ifaçılara, öz füsünkar mədəni-musiqi elementləri ilə özünü daim soy kökləri əlaqələndirən, etnikanın modern musiqi ilə sintezinə, təşkil etdiyi professional ev sahibliyi və gözalıcı kliplərinə baxsaq Avroviziyada niyə xüsusi məqama malik olduğumuzu sezə bilərik.
Hətta zəif qəbul edib, aşağı nəticələr əldə etdiyimiz çıxışların belə hər biri özündə spesifik bir detal saxlayır. “Start a Fire” mahnısında balabanın ecazkar müşaiəti ya da “X My Heart”dakı əziz birini anan və dağ kimi daim uca qalmağı təşviq edən sehirli performans…


Belə detallar barəsində xeyli danışmaq olar. Amma ən vacib detal musiqidir. Musiqinin özü ilə bərabər, onun təqdimedilmə forması da çox böyük əhəmiyyət daşıyır. Musiqi kliplə, sözlərini göstərən video kimi və canlı şəkildə təqdim edilə bilər. Musiqinin təqdimatı tamaşıçılarda istər mahnının mənası, istərsə də ifaçının iç dünyasını göstərməyə imkan verir. Azərbaycan da bunu dərk edərək hər il müxtəlif səpkidə və ssenaridə bir birindən maraqlı kliplər çəkmişdir. Gəlin elə başlayaq keçən ilkindən…
“Qobustan” – tarixin yadigarı və əzmkar səmaaltında muzey. Bəli, klip üçün bundan daha yaxşı yer tapa bilməzdik! Hələ səhralara öz cah-cəlalı ilə ağalıq edən sonuncu Misir kraliçası – Kleopatra haqqında oxuyuruqsa. Məlum olduğu kimi keçə ilki mahnımız bir çox musiqi janrını bir-birilə birləşdirərək hit olmağı bacarmışdı. Avropa son illərdə görməyə alışmadığımız qədər Azərbaycanın mahnısından danışırdı desək, yanılmarıq. Bu günkü yazımız kliplərlə bağlı olduğu üçün musiqi detallarına çox girməyəcəyik. Əsas hədəfimiz klipdir.
Cleopatra mahnısına çəkilən klipin direktoru Niderlandlı Aleks Lamak, icraçı prodüser isə İsa Məlikovdur. Mahnı Fevral ayının sonunda şaxtalı Qobustan səhrasında çəkilmişdir. Ən əsası isə, klipin ərsəyə gəlməsində iştirak edən komandanın 90 faizi öz yerli vətəndaşlarımız idi. Stilistdən tut, rəqqasa, videoqrafdan tut, işıqçıya. (Xəbərin bu hissəsini ingilis dilində etməmək daha uyğundu deyə düşündük. Bəli, ən azı sizin qədər biz də bu vəziyyətdən utanırıq və ya utanırdıq.) Qeyd etmək lazımdır ki, hazır ki komanda, tərkib baxımından bu qədər azərbaycanlını birləşdirən ilk komandadır.
Daşlı-qaşlı, qotik və eleqant, həmçinin də modern, retro detal və geyimləri birləşdirən bu təqdimat forması dinləyiciləri vizual baxımından da hipnoz edirdi. Ən əsası, mahnının nə vaxt bitdiyini hiss etmirdik belə. Yəqin ki klipsiz bu mahnını dinləsəydik, gurultulu bir qarışıq mahnı kimi gələrdi bizə. Ancaq klipdə olan zərafətli və əzmkar qadın obrazı başdan sona qədər öz gözəlliyi və rəqsləri ilə bizləri heyran buraxmağı bacarmışdı. Onu da qeyd edək ki, hətta klipdə baş xareoqraf “Emus Dance Centre”-in baş xareoqrafı Eminə məxsusdur. (Yəni ki, o da azərbaycanlıdır ;) )
Bəs bu il bizi nə gözləyir?
Əminik ki, keçən ilki möhtəşəm işdən sonra hər kəsin gözləntiləri çox yüksəkdir. Əvvəldə qeyd etdiyimiz kimi, mahnının bəlli olması an məsələsidir. Ancaq klip? Bildiyimiz kimi, pandemiya ilə əlaqədar olaraq ölkələrarası uçuşlar dayandırılıb. Bu isə bizə bu il yenə eyni komandada, hətta daha çox yerli insanların sayının artacağını deməyə əsas verir. Uzun illərdir ki, yerli fanatların narazılığına səbəb olan “xaricilər” steorotipləri deyəsən bu il qırılacaq. Əlbəttə ki, seçilən mahnıdan aslı olaraq xeyli dəyişikliklər hətta tam əksini görmək də istisna edilmir. Axı bu Avrovizyadır – surprizlərlə dolu və sirli.
Bu ilki mahnımızın ərsəyə gəlməsində çalışan insanlar bir çoxunuza məlumdur. (Əgər sən bilmirsənsə ən azı 2 şəxsi qeyd edək ki, onların arasında İsa Məlikov və Rüstəm Rzayev yer alır.) Ancaq əsas məsələ klipdir. Uzun müddətidiki bizim ölkənin klipləri xaricdə çəkilirdi. Ümumuiyətlə acı da olsa etiraf etmək lazımdır ki, tək yerli olan ifaçı olurdu. Bu isə subyektiv olaraq bəzilərində qıcıq yaradırdı. İndi isə pandemiya bizə şərait yaradıb ki, komandamızı bir qədər də zənginləşdirək. Bu məsələlər heyətin öz daxili işləri olduğu üçün əlbəttə çox detal deyə bilmərik. Ancaq bir məsələ kifayət qədər debata açıqdır. Klip məkanı. Artıq əminliklə deyə bilərik ki, klip Azərbaycanda çəkiləcək. (Ən azından hava yolları bərpa olunmasa) Mahnının konteksindən aslı olaraq isə süjet və məkan dəyişilə bilər. Ancaq biz burda komanda olaraq klipimizin çəkiləbiləcəyi 5 yer barəsində öz fikirlərimizi bildirmək istədik. Gəlin seçilmiş ərazilərə birgə nəzər yetirək:
- Qapalı Studiya – Bu təcrübə heç də bizim üçün yad deyil. Çəkilən kliplərimizin əksəriyyəti qapalı məkanlarda lentə alınıb. Çingizin “Truth” mahnısı – Ukraynada, Səmranın “Miracle” mahnısı qapalı studiyada 35 ölkədən olan ekspertlər tərəfindən seçildikdən sonra studiyada özüdə sadəcə 1 kameranın müşaiəti ilə çəkilib və martın 13-də işıq üzü görüb. Eyni zamanda Dilarənin “Start a Fire” adlı mahnısı özündə gizli mesajlar saxlayaraq monoton bir tərzdə çəkilmişdir.
Bu kliplər arasında ən əsas “Drip-Drop” klipini mütləq qeyd etmək lazımdır. Təxminlərə görə Azərbaycan avroviziya mahnıları arasında ən çox vəsait xərclənən mahnı məhz elə bu mahnıdır. İstər şəhanə malikanə, istərsə də geyimlər izləyənləri valeh etmişdi. Favorit olmağı əbəs yerdə deyildi. Klip çəkilişləri Kiyevdə baş tutmuşdur və klipin ərsəyə gəlməsi 37 saat vaxt almışdır.
- Bakı – qulağa sadə gəlsə də gözəl Bakımız və ətrafı ərazilər kliplər üçün istər tarixi, istərsə də modern -futuristik məkanlarla doludur. Hətta Bakı-Metropoliteni də bura aiddir, hər tərəfdə istənilən ssenari üzrə klip çəkməyə imkan var.
- Qarabağ – Şuşa – Hər kəsin üzündə təbəssüm, qəlbində biraz nisgillə oxuduğu məkan. 27 ildir ki bizdən ayrı düşən bu diyarın klip və filmlər üçün yüksək potensialı var. Bu klip istər İgna və Anuşa istərsə də İvetanın timsalında bütün bizi təhqir edən düşmənlərə sillə kimi cavab olar. Söhbət gələcək reaksiyalardan düşdükdə isə bizim orda istənilən işi görməyə haqqımız var. Suveren ərazimizdir. Düşmən sadəcə baxıb əsəbindən “dislike” qoymaqla kifayətlənəcək. (İntriqa və bundan doğan populyarlıq) Klip olmasa belə, düşmənə təsir edəcək nüansı yəqin ki, hamımız gözləyirik. Adi foto-sessiya olsa belə.
- Şəki – dağlar qoynunda yerləşən bu tarixi şəhər heçdə Yunanıstdandan geri qalmır. 2018-ci ildə Aiselin musiqi videosu Yunanıstanda lentə alınmışdı. Şəkidə olan qala və karvansaralar etnik bir mahnı üçün ən ideal məkandır.
- Ev – Bir qədər ürküdücü gəlir artıq bəlkə də bu kəlmə bizlər üçün lakin, son günlərdə bir çox məşhurlar kliplərini məhz evlərindən ərsəyə gətirirlər. Əslində elə də pis alınmır. Mahnının janrından asılı olaraq istifadə edilməsi mümkün olanlar arasındadır.
Sonda bildirmək istərdik ki, yazılar müəllifin öz subyektiv fikirləri və ehtimallarıdır. Sizdə öz fikir və düşüncələrinizi bölüşərək hər hansı ideyanın əmələ gəlməsinə səbəb ola bilərsiz. Dilarə Kazımova demiş: “Ən kiçik qığılcım belə ocaq yandırar”
Bu tipli yazıların davamlı olmasını istəyirsizsə, oxuyub paylaşmağınızı xahiş edirik.
One thought on “EFENDİNİN KLİPİ ÜÇÜN 5 MƏKAN – ARAŞDIRMA”