Qarşıdan gələn “Avroviziya 2021” mahnı müsabiqəsində ümumilikdə 41 ölkə öz iştirakını təsdiq edib. Bunlardan bir çoxu artıq mahnı seçiminə başlayıb və bəziləri onları təqdim belə ediblər.
Lakin bir sıra ölkələr var ki, haqqlarında o qədər də çox məlumat eşitməmişik. Və belə ölkələrdən biri məs Gürcüstandır.
Ötən ilin martında, “Avroviziya 2020” ləğv edildikdən dərhal sonra, ölkənin yayımçı kanalı GPB ölkə təmsilçisi Tornike Kipiani’ni bu ilki müsabiqə üçün ölkə təmsilçisi kimi təsdiq etdi.
Və artıq bu gün Gürcüstanın yayımçı kanalı GPB rəsmi olaraq mahnının hazır olduğunu açıqladı. İfaçı ötən günlərdə mahnını səsləndirib və hal-hazırda klip çəkilişləri üçün məkan axtarışı davam edir.
GPB mahnının nə vaxt təqdim olunacağı barədə hələ də heç bir məlumat verməsə də, son mahnı təqdimatı gününə az bir zaman qaldığı üçün deyə bilərik ki, mahnı növbəti üç həftə ərzində təqdim olunacaq.
Qeyd edək ki, Tornike ölkəsini ötən il “Take Me As I Am” adlı mahnı ilə təqdim etməli idi.
Mənbə: GPB