229 MAHNI GÖNDƏRİLDİ

İctimai Televiziya və Radio Yayımları Şirkəti” Avroviziya 2021″ Beynəlxalq Mahnı Müsabiqəsiüçün musiqi qəbulunu başa çatdırıb.

Müsabiqənin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikovun bildirdiyinə görə, seçim mərhələsinə ümumilikdə yerli və xarici müəlliflərdən 229 kompozisiya təqdim olunub.

“Komandamız hər bir mahnını layiqincə qiymətləndirmək üçün onların hər birini bir neçə dəfə dinlədi. Onların arasında həqiqətən gözəl kompozisiyalar var idi, onlardan 6 ən yaxşısı bizim şort-listimizə düşmüşdü. Hər zaman olduğu kimi, janrdan asılı olmayaraq, gözəl və peşəkar mahnı axtarmağa çalışdıq. Lakin bu il də ilk növbədə biz onun ifaçı ilə nə dərəcədə uzlaşacağını nəzərə alırdıq”, – deyə bəstəkar və prodüser İsa Məlikov qeyd edib. 

Nümayəndə heyətinin rəhbəri bildirib ki, Avropa Yayımları Birliyinin (AYB) tələblərinə uyğun olaraq, hər bir mahnının müddəti 3 dəqiqədən çox olmamalıdır. Seçim prosesinə əsasən, mahnı növbəti mərhələdə müxtəlif ölkələrdən olan 50-dən çox “Avroviziya” mütəxəssisindən ibarət beynəlxalq fokus-qrupunun səsverməsi əsasında seçiləcək. 

YouTube player

Mahnının rəsmi təqdimatı martın ikinci həftəsində baş tutacaq. Müsabiqədə ölkəmizi müğənni Əfəndi təmsil edəcək.

Bu il “Avroviziya” mahnı müsabiqəsinin yarımfinal mərhələsinin Mayın 18-i və 20-də, final mərhələsinin isə Mayın 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcəyi planlaşdırılır.

2 thoughts on “229 MAHNI GÖNDƏRİLDİ

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading