AVROVİZİYA 2021: BU GÜN SSENARİ AÇIQLANACAQ

Çoxdandır gözlədiyimiz məqam yetişir. Artıq bu gün, iki il aradan sonra, mayda keçiriləcək “Avroviziya 2021”-in hansı ssenari üzrə baş tutacağı açıqlanacaq.

Ötən ayın əvvəlində “Avroviziya 2021” mahnı müsabiqəsinin icraçı prodüseri Sietse Bakker verdiyi açıqlamada, ssenari barədə qərarın “4-5 həftə ərzində” veriləcəyi söyləmişdi. Və artıq bu məqam gəlib çatdı. Sabah Bakı vaxtı ilə 16:00-da mətbuat konfransında təşkilatçılar bütün “Avroviziya” sevərlərin gözlədiyi bu qərarı açıqlayacaq.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Niderlandın yayımçı kanalları və AYB birgə müsabiqənin baş tutması üçün dörd ssenari hazırlamışdılar.

PLAN A – Normal Eurovision Qaydaları ilə.

1-ci plan hərşey normal qaydada baş tutacaq 9 şoudan ibarət olacaq ki, buna məşqlər də aid olacaq. Və hərşey adi qaydada hərzamanki kimi keçiriləcək.

Bu üsulun mümkünlüyü isə ya COVİD-19 üçün vaksinin hazırlanması ilə ya da maksimum dərəcədə güvənilir bir test üsulunun olması ilə olacaq.

PLAN B – Sosial məsafə qorunmaqla müsabiqə.

Rotterdamdakı Eurovision Mahnı Yarışmasında iştirak edən hər kəsin sosial məsafəni tətbiq etmələri və hər zaman bir-birlərindən 1,5 metr aralı qalmaları lazımdır. Yenə də arenada tamaşaçılar olacaq və 9 şounun hərbiri burada baş tutacaq.

“A planın”-dan fərqli olaraq burada iştirak edən ölkələrin nümayəndə heyyətləri və mətbuat üzvlərinin sayları aşağıya endiriləcək. Və eyni zamanda arenada olacaq 1.5metrlik ara məsafəsinə görə əlbəttə ki tamaşaçı sayında məhdudiyyətlər olacaq ki, burada da bilet alanlar arasında püşkatma üsulu ilə seçim olacaq ki, onlar müsabiqəni arenadan izləyə bilsin. Püşkatmada adı çıxmayanların biletlərinin qiymətinin tamamı isə geri ödəniləcək. Bu barədə daha dəqiq məlumat isə 2021-in ilk aylarında məlum olacaq.

PLAN C – Səhayət məhdudiyyətli Eurovision Mahnı Müsabiqəsi.

3-cü plan 2-ci planla eyni qalır lakin tək fərq var ki, o da iştirakçı ölkələrin istəyinə bağlı olaraq öz ölkələrindən performans göstərmələridir. Belə halda ölkədə sərt karantin olarsa ölkələrin bu üsuldan istifadə etməsi gözlənilir. Lakin Rotterdama gələ biləcək ölkələr performanslarını Ahoy arenadan birbaşa oxuyacaq və interval aktlar ilə açılış mərasimi canlı baş tutacaq.

PLAN D – Kilidlənmiş Eurovision Mahnı Müsabiqəsi.

4-cü və sonuncu plan isə içlərində Eurovision fanatları üçün təxminlərimizə görə ən üzücü bir üsul hesab ediləcək ki, əgər bu üsul baş tutarsa hərkəs öz ölkəsindən performanslarını sərgiləyəcək və qalib seçiləcək. Bunu daha dəqiq isə 29 Noyabr tarixində Polşada keçiriləcək olan Uşaq Eurovision 2020 mahnı müsabiqəsində görəcəyik.

One thought on “AVROVİZİYA 2021: BU GÜN SSENARİ AÇIQLANACAQ

  1. Geri izləmə: Eurovision 2021

Leave a Reply