
1994 Avroviziya Mahnı Müsabiqəsi — sayca 39-cu Avroviziya Mahnı Müsabiqəsidir. 1993 Avroviziya Mahnı Müsabiqəsinin ev sahibi ölkəsi İrlandiyanı təmsil edən Niv Kavana ifa etdiyi “In Your Eyes” adlı mahnı ilə müsabiqədə qələbə qazanmasının ardınca 1994-cü ildə İrlandiya ikinci il ard-arda və ümumilikdə isə beşinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İrlandiyanın paytaxtı Dublin şəhərində “Point Theatre” zalında keçirilmişdir. Müsabiqə 1994-cü ilin 30 aprel tarixində baş tutmuşdur.
Avroviziya 1993-də son beşlikdə qərarlaşan Belçika, Danimarka, İsrail, Türkiyə və Sloveniya 1994-cü ildə müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırılan ölkələri Estoniya, Litva, Macarıstan, Polşa, Rumıniya, Rusiya və Slovakiya əvəz etmişdir. İtaliya və Lüksemburq isə könüllü şəkildə müsabiqədə iştirakdan imtina etmişdir. İtaliya bununla bağlı heç bir açıqlama verməsə də, Lüksemburqun dövlət kanalı müsabiqədə iştirakdan imtina etmələrinə əsas səbəbin son illərdəki aşağı nəticələr olduğunu açıqlamışdır. Lüksemburq 1993-cü ildən sonra bir daha Avroviziyada iştirak etməyib.
Ümumilikdə 25 ölkənin iştirak etdiyi Avroviziya 1994-də ev sahibi İrlandiyanı təmsil edən Pol Harrinqton və Çarli MakQettiqan duetinin ifa etdiyi “Rock ‘n’ Roll Kids” mahnısı müsabiqənin qalibi seçilmişdir. İrlandiya müsabiqədəki altıncı qələbəsi ilə Avroviziyadakı qalibiyyət rekordunu yeniləmişdir. Eyni zamanda bu İrlandiyanın ardıcıl 3-cü qələbəsi idi və bu tarixdə bir ilk idi.
Maraqlı faktlar:
İrlandiya ardıcıl 3 il qalib gələrək müsabiqə tarixində günümüzə qədər bu adı qoruyur.
Qalib, Charlie McGettigan 226 xal toplayaraq 60 xal fərq ilə o günə qədər ən çox xal toplayaraq qalib gələn təmsilçi olmağı bacarmışdı.
Tarixdə ilk dəfə münsiflər peyk bağlantı ilə öz xallarını açıqladı və izləyicilər onları canlı-canlı gördü.
Məşqlər zamanı Polşa təmsilçisi Edyta Gorniak qaydalara uymayaraq mahnısının yarısını ingilis dilində oxusa da finalda müsabiqədə iştirak etdi.
Bosniya və Herseqovinaya üçün salonda dəstək o qədər güclü idi ki təmsilçi mahnının ilk bəndini unutdu amma daha sonra davam etdi.