Ötən həftə “12xal”a açıqlamasında Humay Aslanova ilə birlikdə Avroviziyaya qatılmaq istədiyini və artıq mahnılarının hazır olduğunu söyləyən Əmrah Musayevə Səs Azərbaycanda birlikdə mübarizə apardığı Avroviziya təmsilçimiz Nadir Rüstəmlidən dəstək gəlib.
Belə ki, Instagram səhifəmizdə paylaşmış olduğumuz sözügedən açıqlama postunu Nadir öz hesabının hekayə bölməsində bölüşərək bu sözləri əlavə edib:
“Niyə də yox?! Mən çox sevinərəm. Humay xanım – çox istedadlı Səs Azərbaycandakı vokal müəlliməm, Əmrah isə istedadlı ifaçı, yaxın dostum.
Hər ikisi çox layiqdirlər. Mən dəstəkləyirəm.
Ümumiyyətlə “Səs Azərbaycan” layihəsində çox istefadlı ifaçılar var idi ki, bir gün Avroviziyada təmsilçimiz olmalıdırlar. Və olacaqlarına da inanıram.”
