Avroviziya 1995

1995 Avroviziya Mahnı Müsabiqəsi — sayca 40-cı Avroviziya Mahnı Müsabiqəsidir. 1994 Avroviziya Mahnı Müsabiqəsinin ev sahibi ölkəsi İrlandiyanı təmsil edən Pol Harrinqton və Çarli MakQettiqan duetinin ifa etdiyi “Rock ‘n’ Roll Kids” adlı mahnı ilə müsabiqədə qələbə qazanmasının ardınca 1995-ci ildə İrlandiya üçüncü il ard-arda və ümumilikdə isə altıncı dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İrlandiyanın paytaxtı Dublin şəhərində “Point Theatre” zalında keçirilmişdir. Müsabiqə 1995-ci ilin 13 may tarixində baş tutmuşdur.

1995-ci ildə Avropa Yayımlar Birliyi müsabiqənin yayım vaxtının 3 saatı keçməməsi məqsədi ilə iştirakçı sayını 25-dən 23-ə endirmişdir. Belə ki, Avroviziya 1994-də son yeddilikdə qərarlaşan Estoniya, Finlandiya, İsveçrə, Litva, Niderland, Rumıniya və Slovakiya 1995-ci ildə müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırılan ölkələri isə ötən il müsabiqədən uzaqlaşdırılan Belçika, Danimarka, İsrail, Türkiyə və Sloveniya əvəz etmişdir. 23 ölkənin iştirak etdiyi müsabiqədə Norveç təmsilçiləri olan “Secret Garden” qrupu ifa etdikləri “Nocturne” adlı mahnı ilə qalib gəlmişdir. Bu sonuncu dəfə Avroviziyada 1985-ci ildə “Bobbysocks” qrupunun təmsilində qalibiyyət əldə etmiş Norveçin müsabiqədə ikinci qələbəsi idi.

Maraqlı faktlar:

Qazanan mahnı yalnız 24 sözdən ibarət idi və Kelt musiqisindən ilham alınmışdı.

Həmin ilin ilk 5-liyi demək olar ki, yalnız skandinav ölkələri idi, Norveç qalib gəldi, İsveç üçüncü, Danimarka isə beşinci oldu. Almaniya isə indiyə qədərki ən pis nəticəsi 1 xal ilə 23-cü oldu.

Müsabiqənin 40-cı yubileyi ilə əlaqədar olaraq açılış mərasimində 3 dəqiqəlik tanıtım çarxı formatında videoda tarix nəzərdən keçirildi.

İngiltərə müsabiqə tarixində ilk dəfə yeni bir üslubda rap ilə qatıldı və 10-cu yerə layiq görüldü.

YouTube player

Leave a Reply