Avroviziya 1986

1986 Avroviziya Mahnı Müsabiqəsi — sayca 31-ci Avroviziya Mahnı Müsabiqəsidir. “Bobbysocks!” duetinin ifa etdiyi “La det swinge” mahnısı ilə 1985 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1986-cı ildə Norveç ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Avroviziya 1986 ölkənin ikinci ən böyük şəhəri olan Bergendə “Grieghallen” arenasında keçirilmişdir. Müsabiqə 1986-cı ilin 3 may tarixində baş tutmuşdur.

1986-ci ildə İslandiya ilk dəfə Avroviziyaya qoşulmuşdur. Niderland və Yuqoslaviya bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdürlər. Müsabiqənin keçirildiyi tarixin Yunanıstanda qeyd olunan dini bayramla üst-üstə düşməsi səbəbindən Yunanıstanın Norveçdə keçirilən müsabiqədə iştirakı baş tutmamışdır. Eyni zamanda İtaliya son illərdə ölkədə müsabiqəyə marağın azalması səbəbi ilə Avroviziya 1986-ya təmsilçi göndərməmək qərarına gəlmişdir. Ümumilikdə 20 ölkənin iştirak etdiyi müsabiqədə Belçika təmsilçisi 13 yaşlı Sandra Kim ifa etdiyi “J’aime la vie” adlı mahnı ilə qalib gəlmişdir. Bu Belçikanın Avroviziyada iştirak etdiyi 31 il ərzindəki ilk qalibiyyəti idi.

Maraqlı faktlar:

Müsabiqə qalibi Sandra Kim 13 yaşında qalib gələrək tarixdə ən gənc qalib kimi hələ də qalır və böyük ehtimal qaydalara görə belə də qalacaq.

1986-cı ildə keçirilən Eurovision Mahnı Müsabiqəsi də tarixi bir əlamət oldu, 500-cü Eurovision mahnısı əslən Kanadalı olan Lüksemburq təmsilçisi Sherisse Laurence’nin ifasında – L’Amour De Ma Vie oldu.

1986 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı İse Kleveland, 1966-cı ildə daha öncə ölkəsi üçün bir müğənni olaraq iştirak etmişdi və 3-cü yer almışdı. Eyni zamanda1980-ci ildə Norveç milli finalının da aparıcısı olmuşdu.

Bergen şəhəri müsabiqənin indiyə qədərki şimalda ən uzaqda baş tutan ev sahibliyi edirdi.

Müsabiqənin nəticələrinə görə bəlli olan ilk 3-lüyün hərbirinin mahnısı fransız dilində idi.

YouTube player

Leave a Reply