Avroviziya 1979

1979 Avroviziya Mahnı Müsabiqəsi — sayca 24-cü Avroviziya Mahnı Müsabiqəsidir. İzhar Kohen və The Alphabeta qrupunun ifa etdikləri “A-Ba-Ni-Bi” mahnısı ilə 1978 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1979-cu ildə İsrail müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Qüds şəhərində Beynəlxalq Konvensiya mərkəzində keçirilmişdir. Müsabiqə 1979-cu ilin 31 mart tarixində baş tutmuşdur.

Türkiyə Qüdsdə keçirilən müsabiqədə iştirak etməyə hazırlaşsa da, ərəb ölkələrinin basqısı ilə Türkiyə Radio Televiziya Qurumu iştirakdan imtina etmişdir. Lakin Türkiyə 20 il sonra İsrailin paytaxtı Qüdsdə keçirilən 1999 Avroviziya Mahnı Müsabiqəsində iştirak etmişdir.

Dschinghis Khan  qrupunun ifa etdiyi Alman çıxışı Almaniyanın özündə də sərt tənqid olunmasına baxmayaraq bir sıra Avropa ölkələrində hit oldu.  İsveçrə yarışmacıları Peter, Sue & Marc ölkəyə girməkdə çətinlik çəkirdilər və gömrükçülərə Qüds səhnəsində bənzərsiz çıxışı üçün lazım olan çox sayda suvarma qutularına, şlanqlara, çanta torbalara və şüşə açarlara nə üçün ehtiyac duyduqlarını dəqiq izah etməli olmuşdular.

İsrail ikinci dəfə Avropa miqyasında hit olan Hallelujah mahnısı ilə qalib gəldi . İspaniya səs verən son ölkə idi. O anda İspaniya İsraili 1 xal qabaqladı, amma İspaniyanın 10 xalı İsrailə ikinci qələbəsini verdi.

Maraqlı faktlar:

Fransa təmsilçisi Ann-Mari David “Tu te reconnaîtras” adlı mahnı ilə 1973 Avroviziya Mahnı Müsabiqəsində Lüksemburqa qələbə qazandırmışdır.

Belçikalı müğənni Micha Marah,  Hey Nana  mahnısı ilə studiya versiyası olmadan seçilən bir neçə mahnıdan biri olaraq qalır.

YouTube player

Leave a Reply