Avroviziya 1985

1985 Avroviziya Mahnı Müsabiqəsi — sayca 30-cu Avroviziya Mahnı Müsabiqəsidir. “Herreys” qrupunun ifa etdikləri “Diggi-Loo Diggi-Ley” mahnı ilə 1984 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmalarının ardınca 1985-ci ildə İsveç ikinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Avroviziya 1985 ölkənin ikinci ən böyük şəhəri olan Göteborqda “Scandinavium” arenasında keçirilmişdir. Müsabiqə 1985-ci ilin 4 may tarixində baş tutmuşdur.

1985-ci ildə İsrail və Yunanıstan bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdürlər. Müsabiqənin keçirildiyi tarixin Niderlandın müharibədə həlak olan əsgərlərinin Anım günü ilə üst-üstə düşməsi səbəbindən Niderlandın İsveçdə keçirilən müsabiqədə iştirakı baş tutmamışdır. Eyni zamanda Yuqoslaviya müsabiqənin keçirildiyi tarixin Yuqoslaviyanın ilk prezidenti İosip Broz Titonun ildönümü ilə üst-üstə düşməsi səbəbindən Avroviziya 1985-də iştirakdan imtina etmişdir. Ümumilikdə 19 ölkənin iştirak etdiyi müsabiqədə Norveç təmsilçiləri “Bobbysocks!” dueti ifa etdikləri “La det swinge” adlı mahnı ilə qalib gəlmişdirlər. Bu Norveçin Avroviziyada ilk qalibiyyəti idi.

Maraqlı faktlar:

Müsabiqədə bir çox təmsilçilər yenidən iştirak edirdilər ki onların arasında ilin qalibləri olmuş qrupun üzvləri, Hanne Krogh, 1971-ci ildə Norveçi ,Elisabeth Andreassen isə 1982-ci ildə İsveçi Kikki Danielsson ilə birlikdə Chips qrupunda təmsil etmişdilər.

Müsabiqənin 30-cu ildönümü ilə əlaqədar olaraq ilk qalib İsveçrə təmsilçisi olmuş Lys Assia tamaşı kimi müsabiqədə iştirak etdi daha sonra aparıcı Lill Lindfors tərəfindən təqdim edildi və ardıyca ona qalibiyyət gətirən mahnı “Refrain” -i orkestra tərəfindən ifa etdilər.

YouTube player

Leave a Reply