Avroviziya 1987

1987 Avroviziya Mahnı Müsabiqəsi — sayca 32-ci Avroviziya Mahnı Müsabiqəsidir. 13 yaşlı Sandra Kimin ifa etdiyi “J’aime la vie” mahnısı ilə 1986 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1987-ci ildə Belçika ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Brüssel şəhərində “Palais du Centenaire” sarayında keçirilmişdir. Müsabiqə 1987-ci ilin 9 may tarixində baş tutmuşdur.

1987-ci ildə İtaliya və Yunanıstan bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdürlər. Müsabiqədə ümumilikdə 22 ölkə iştirak etmişdir və bu 32 illik müsabiqə tarixində ən yüksək göstərici idi. Avroviziya 1987-də İrlandiyanı müsabiqədə ikinci dəfə təmsil etmək hüququ qazanan Johnny Logan ifa etdiyi “Hold Me Now” adlı mahnısı qalib gəlmişdir. Bu İrlandiyanın müsabiqədə üçüncü qələbəsi idi. Johnny Logan yeni qalibiyyəti ilə müsabiqədə 2 dəfə iştirak edib hər ikisində qalib gələn yeganə təmsilçi kimi tarixə adını yazdırmağı bacarır.

Maraqlı faktlar:

Almaniyanı təmsil edən Wind qrupu daha öncə qatıldığı 1985 Eurovision mahnı müsabiqəsində olduğu kimi bu il də qalibiyyətə çox yaxınkən 2-ci oldu.

İtaliya dünyaca məşhur Tozzi & Raf cütlüyünü müsabiqəyə göndərir və nəticədə 3-cü olurlar.

İngiltərəni Only The Light  mahnısı ilə təmsil edən Rikki finalda 13-cü olur və ölkəsinin ən pis nəticəsini əldə edir.

YouTube player

Leave a Reply