Avroviziya 1968

1968 Avroviziya Mahnı Müsabiqəsi  — sayca 13-cü Avroviziya Mahnı Müsabiqəsidir. Sendi Şounun ifa etdiyi “Puppet on a String” mahnısı ilə  1967 Avroviziya Mahnı Müsabiqəsində  qələbə qazanmasının ardınca 1968-ci ildə  Böyük Britaniya  müsabiqəyə üçüncü dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı  London  şəhərində Royal Albert Hall-da keçirilmişdir. Müsabiqə 1968-ci ilin 6 aprel tarixində baş tutmuşdur.

Bu müsabiqə rəngli yayımlanan ilk  Avroviziya Mahnı Müsabiqəsi  olaraq tarixə düşmüşdür. 17 ölkənin iştirak etdiyi müsabiqədə  İspaniya  təmsilçisi Massiel ifa etdiyi “La, la, la” mahnısı ilə cəmi bir səs fərqi ilə Avroviziya 1968-in qalibi olmuşdur. Bu İspaniyanın Avroviziyada ilk qalibiyyəti idi. Müsabiqədə qalib gələn mahnı “La, la, la” Avroviziya səhnəsində əslində tanınmış ispan müğənnisi olan Xuan Manuel Serrat tərəfindən ifa edilməli olduğu halda, Serratın mahnını  Katalan dilində  ifa etmək istəyi müğənninin İspaniya dövlət kanalı tərəfindən müsabiqədə iştirakdan kənarlaşdırılmasına səbəb olmuşdur. Nəticə olaraq Xuan Manuel Serrat TVE tərəfindən Massiel ilə əvəz edilmişdir.

2008-ci ilin may ayında İspaniyalı rejissor Montse Fernandes Villa tərəfindən hazırlanan sənədli filmdə mövzü Fransada baş verən  1968-ci ilin may hadisələrinin  “Frankist İspaniya”ya təsiri idi. Sənədli filmdə eyni zamanda İspaniyanın Avroviziya 1968-də qalibiyyətinə toxunan rejissor müsabiqənin nəticələrinin həmin il İspan diktatoru  Fransisko Franko  tərəfindən saxtalaşdırılmasını iddia etmişdir. İddiaya görə, 1968-ci ildə İspan dövlət kanalının rəsmiləri müsabiqədə iştirak edən müəyyən  Avropa ölkələrinə  səyahət etmiş və dövlət kanallarına pul qarşılığında İspaniyaya Avroviziyada səs vermələri təklif edilmişdir. Rejissor iddiaya əsas mənbə olaraq, 1968-ci ildə İspan dövlət kanalında çalışan jurnalist Xose Mariya İnyiqonun rejissor ilə müsahibəsini göstərmişdir. Sənədli filmdə əslində Avroviziya 1968-də ikinci yeri qazanan Böyük Britaniya təmsilçisi Kliff Riçardın müsabiqədə qalib gəlməli olduğu bildirilmişdir. Sənədli filmin yayımlanmasından sonra qalib mahnını ifa edən müğənni Massiel iddiaların gerçək olmadığını bildirərək, filmin yayımlandığı kanalın əsl məqsədinin sadəcə skandal yaratmaq olduğunu iddia etmişdir.

Maraqlı faktlar:

1968 Avroviziya Mahnı Müsabiqəsi yalnız iştirakçı ölkələrdə yayımlanmadı, eyni zamanda bütün Şərqi Avropa və Tunis də izləyə bildi

Katie Boyle 3-cü dəfə müsabiqədə aparıcı olmuşdu.

YouTube player

.

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading