Avroviziya 1981

1981 Avroviziya Mahnı Müsabiqəsi — sayca 26-cı Avroviziya Mahnı Müsabiqəsidir. Conni Loqanın ifa etdiyi “What’s Another Year” mahnısı ilə 1980 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1981-ci ildə İrlandiya müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Dublin şəhərində RDS Simmonscourt Pavilion-da keçirilmişdir. Müsabiqə 1981-cu ilin 4 aprel tarixində baş tutmuşdur.

1981-ci ildə Kipr adası Avroviziyaya ilk dəfə qoşulmuşdur. Eyni zamanda Yuqoslaviya dörd illik, İsrail isə bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. İsrailin müsabiqəyə geri dönməsi ilə birlikdə Mərakeş etiraz olaraq müsabiqədə iştirakdan imtina etmiş və bir daha Avroviziyaya geri dönməmişdir. Eyni zamanda İtaliya son illərdə ölkədə müsabiqənin reytinqinin aşağı düşməsi səbəbi ilə Avroviziya 1981-də iştirak etməmişdir.

Ümumilikdə 20 ölkənin iştirak etdiyi müsabiqədə Böyük Britaniya təmsilçiləri Bucks Fizz qrupu ifa etdikləri “Making Your Mind Up” adlı mahnı ilə qalib gəlmişdirlər. Bu Böyük Britaniyanın Avroviziyada 26 ildə dördüncü qalibiyyəti idi.

Maraqlı Faktlar:

Lüksemburq təmsilçisi Jan-Klod Paskal “Nous les amoureux” adlı mahnı ilə 1961 Avroviziya Mahnı Müsabiqəsində Lüksemburqa qələbə qazandırmışdır. Bu il isə 11-ci olmuşdur.

YouTube player

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading