
1963 Avroviziya Mahnı Müsabiqəsi — sayca 8-ci Avroviziya Mahnı Müsabiqəsidir. İzabel Obrenin ifa etdiyi Un Premier Amour mahnısı ilə 1962 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca Avroviziyaya üçüncü dəfə ev sahibliyi etmək hüququ əldə edən Fransa, maliyyə problemlərini səbəb göstərərək Avroviziya 1963-ə ev sahibliyi etməkdən imtina etmişdir. Müsabiqəyə ev sahibliyini Böyük Britaniya ikinci dəfə öz üzərinə götürmüşdür. Beləliklə Avroviziya 1963 Böyük Britaniyanın paytaxtı London şəhərində BBC televiziya mərkəzində keçirilmişdir. Müsabiqə 1963-cü ilin 23 mart tarixində baş tutmuşdur.
Bu ilki yarışmada İsveçrə üçün Esther Ofarim, Lüksemburq üçün Nana Mouskouri və Monako üçün Francoise Hardy kimi böyük beynəlxalq ulduzlar iştirak etdilər.
Səsvermə sistemində dəyişikliyə əsasən, 20 nəfərdən təşkil olunmuş münsif heyəti bəyəndiyi 5 favorit mahnıya xal verə bilirdi.
Müsabiqədə Danimarka təmsilçiləri Qrete və Yörqen İnqmann dueti ifa etdikləri “Dansevise” adlı mahnı ilə qalib gəlmişdir.
Səsvermələrdə son ölkə olan Norveçin səsləri əvvəl səhv açıqlanmışdır və İsveçrə qalib olmuşdur. Lakin aparıcı bu səhvini hiss etmiş və Norveç münsifi səsləri təkrar oxumuşdur. Sonda Danimarka müsabiqənin qalibi elan edilmişdir.
Maraqlı Faktlar:
Finlandiya, Hollandiya, İsveç ve Norveç müsabiqədə heçbir münsifdən xal almayaraq 0 xal ilə sonuncu pilləni aralarında bölüşdürdülər.
Müsabiqə tarixində ilk dəfə qalib duet oldu.