Avroviziya 2016 qalibi Jamala Ukraynanın bu ilki müsabiqədə qalibiyyət şansı ilə bağlı danışıb:
“TVORCHI’nin birincilik üçün rəqabət şansı olduğunu düşünürəm. Avroviziyada “siyasi səbəblərlə qalibiyyət” deyə bir şey olduğunu düşünmürəm. Bəli, keçən ilki yarışmada qalibiyyət həm Kalush Orchestrasının böyük əsəridir, həm də xalqın Ukraynanı dəstəkləmə arzusudur. Ancaq mən burda siyasət deyil də, sıradan insani duyğular və şəfqət görürəm”.
Jamala Avroviziyanın bir müsabiqədən daha çoxu olduğunu sözlərinə əlavə edərək, Avroviziyanı insanların özlərini sübut etməsi üçün platforma adlandırıb:
“İcazə verin 21-ci əsrdə Ukraynanın müsabiqəni ən çox qazanan ölkə olduğunu xatırladım. Bu səbəblə də Avropanın “musiqi beşiyi” ölkəsi adını bizdən almaq elə də asan deyil. Hər halda TVORCHI’ni dəstəkləyirik və onlara qalibiyyət arzulayırıq”.
Jamalaya görə Loreen bu il qalibiyyət üçün ən real namizəddir.
Mənbə: Unian.net