“Eurovizija.LT”-də iştirakımız baş tutub

Bu il 12xalın qonağı olduğu milli seçim turlarından biri də Litvanın Avroviziya seçim turu olan Eurovizija.LT olub.

Seçim turunun açıq favoriti və nəticədə qalibi olan Silvester Belt komandamıza müsahibə verib.

YouTube player

Qalib olduğunu öyrəndiyin an necə hiss etdin?

‘Düşünürəm ki mənim olanları dərk etmək üçün üç-beş günə ehtiyacım var. Bu uzun illər idi ki mənim arzum idi və nəhayət bunu auditoriyaya çatdıra bildim. Bu inanılmaz an idi.’

Silvester Beltə ünvanlanan ‘Avroviziya səhnəsində performansınızda hər hansı bir dəyişiklik olacaq mı yoxsa Milli finaldakı performans olduğu kimi qalacaq ?’ sualına o belə cavab verib:

‘Bu hazırda dünündüyüm bir şey deyil. Məncə biz Malmö səhnəsini görməliyik yalnız bundan sonra performansı tamamilə dəyişməli, yaxud detallarda kiçik dəyişiklik etməli olacağımız barədə qərar verəcəyik’

Müğənni həmçinin mahnısının ingilis dilində deyil yerli dildə olması ilə bağlı suala belə cavab verib:

‘Məncə biz kifayət qədər ingilis dilində mahnı eşitmişik Avroviziya fanatları Litva mədəniyyətini öyrənməyə və bu dildə mahnı eşitməyə hazırdır. Digər ölkələrdən olan insanların bizim dili sevdiyini bilirəm və buna görə də Litvanın müxtəlif rəngərini göstərmək və yaymaq istədim’

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading