Monako Avroviziya 2024-də iştirak edə bilər

Monakonun yeni dövlət kanalı TVMonaco artıq ötən gün öz yayım həyatına başlayıb. Kanalın fəaliyyətə başlamasının ardından Avroviziya azarkeşlərinin ağlında tək bir sual yarandı. Monako Avroviziyaya qayıdacaq?

Bu sualı cavablamamışdan öncə xatırladaq ki, 2022-ci ildə Monako Knyazlığı ölkənin Avroviziya 2023-ə qatılması üçün 100.000€ məbləğində pul ayırmış, lakin sonradan ölkə iştirakdan imtina etmişdi.

Avroviziyaya qatılan hər bir ölkə aktiv AYB üzvlüyünə malik olan kanala sahib olmalıdır. Monakonun yeni kanalı olan TVMonaco Monaco Media Diffusion (MMD) sayəsində Avropa Yayım Birliyinin (EBU) üzvüdür. 

Yəni kanalın üzvlük üçün müraciət etməsinə gərək yoxdur. Kanal yarandığı andan etibarən artıq AYB-nin bir parçasıdır. Bəs MMD nədir?

Monaco Media Diffusion (MMD) 1994-cü ildə təsis edilmiş şirkətdir. O, Monako Knyazlığında radio və televiziya yayımlarının eksklüziv lisenziyasına sahibidir. Yəni şirkət TVMonaco da daxil olmaqla ölkənin radio və televiziya kanallarını bir araya gətirir.

MMD AYB-yə daxil olan ölkənin yeganə üzvüdür, başqa sözlə, MMD AYB-dən əvvəl Monako Knyazlığının yayım təşkilatlarının idarəsini həyata keçirir və buna görə də Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək hüququna malikdir.

Artıq Monakonun Avroviziya 2024-ə qatılması üçün qarşısında heç bir maneə yoxdur. Sadəcə ən geci sentyabrın 15-nə qədər iştirak ərizəsini AYB-yə təklif etməlidir.

Daha sonra isə AYB 11 oktyabr tarixinə qədər ölkələrin heç bir maliyyə cəzası almadan müsabiqədən çəkilməsinə icazə verəcək.

Son olaraq isə oktyabr ayının ortasında AYB Avroviziya 2024-ə qatılacaq ölkələrin adlarını açıqlayacaq.

Xatırladaq ki, ölkə son dəfə müsabiqəyə 2006-cı ildə “La coco-dance” adlı mahnı ilə qatılmış və finala keçə bilməmişdi.

YouTube player

Leave a Reply