“ESCZ 2024”-də iştirakımız baş tutub

Milli seçim turları başlayandan bu yana 12xal komandası bəzi milli seçim turlarının finallarını canlı izləyərək namizədlərdən müsahibələr götürüb.

Bu ilin ilk seçim turlarından olan Çexiya Respublikasının “ESCZ” adlı seçim turu da komandamızın qatıldığı gecələrdən biri olub.

Gəlin birlikdə 12xalın mətbuat meneceri Kamran Nəzərovun Çexiyada qatıldığı seçim turunda ölkə təmsilçisi Aiko ilə olan maraqlı müsahibəsinə nəzər salaq.

YouTube player

Müsahibə zamanı bir sıra məqamlara aydınlıq gətirən Aiko, Kamranın ünvanladığı suallara belə cavab verib:

Mahnıdakı mesaj nədir?

Sən hər zaman həyatda özünü ilk sıraya qoymalısan. Çünki günün sonunda kimisə sevsən belə sən sadəcə özünə sahibsən və özünü prioritet olaraq görməlisən.

Əgər seçim turunu qazanıb Avroviziya səhnəsinə getsən səhnədə nələr olacağı ilə bağlı ağlında fikirlər varmı?

Əlbəttə. Mahnım “Pedestal” adlanır və buna görə də səhnəyə yavaş-yavaş aşağı düşən sütun qoymaq istəyirəm. Həmçinin qədim yunanlardan ilhamlanan libaslar da düşünürəm amma bunu slavyan əlavələri ilə daha çex elementli etmək istəyirəm.

Aiko “Pedestal” adlı mahnısı ilə Çexiya Respublikasını Avroviziya Mahnı Müsahibəsində təmsil edəcək. O, ikinci yarımfinalın birinci hissəsində çıxış edəcək.

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading