Amerikada yaşayan soydaşımızın Avroviziya iddiası

Ölkəmizi Avroviziya mahnı müsabiqəsində təmsil edəcək şəxslər üçün müraciət paneli hələ də açıqdır. Belə bir vaxtda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı müğənnilər də öz istəklərini izləyiciləri ilə bölüşürlər. Onlardan biri də uzaq Amerika qitəsində yaşayan Zamira Scattalondur.

Soydaşımız bu gün öz rəsmi “Instagram” hesabında izləyicilərinə Avroviziya barəsində danışıb. O qeyd edib ki, ilk dəfə müsabiqənin seçim turlarına 2008 ya da 2009-cu ildə müraciət edib və ondan sonrakı illərdə heç bu barədə fikirləşməyib. Hazırda aktrisalıq fəaliyyəti ilə məşğul olan Zamira bir neçə hazır mahnısının olduğunu da bildirib. Bundan əlavə o qeyd edib ki, kanalın sadəcə müğənni və öz orijinal mahnısı qaydası onun əlini qolunu bağlayıb.

O düşünür ki, İctimai TV bu qaydanı tədbiq edərək bir neçə istedadlı bəstəkarın yolunu kəsir.  Ən əsası keçmiş müğənni bir neçə yeni bəstələrinin olduğunu, sadəcə olaraq mövcud şərtlərlə indi ifaçılığı atdığı üçün müraciət edə bilmədiyi üçün təəssüfləndiyini bildirib.

Qeyd edək ki, 2023-cü ildən etibarən İctimai kanal seçim üsuluna dəyişiklik edərək, yerli müğənnilərə öz mahnıları ilə qatılmaq imkanı yaradıb. Bu üsulla uğurlu mahnıya sahib olan istənilən şəxs təmsilçilik hüququ qazana bilər.

Leave a Reply