Sayca 20-ci dəfə baş tutan Uşaq Avroviziya mahnı müsabiqəsi başa çatdı. 16 ölkənin iştirakı ilə baş tutan müsabiqəni 2 illik fasilədən sonra təkrar Fransa qazandı.
Münsif səsverməsinin qalibi və onlayn səs vermədə üçüncü olan Fransa ümumi səslərə görə də birinciliyi əldə etdi. Qeyd edək ki, ölkəni “Oh Maman!”mahnısı ilə Lissandro təmsil edirdi.
