AVROVİZİYA ASİYA YENİDƏN PLANLAŞDIRILIR?

Bilink TV-nin direktoru Paul Clarke dünən baş tutan bir mükafatlandırma gecəsində, “Avroviziya Asiya” ilə bağlı açıqlama verib:

Bizim şirkət olaraq əsas məqsədimiz Avroviziyanı Asiyaya çatdırmaqdır, ona görə də buna diqqət yetirin! Avroviziya Asiya gəlir, dostlar!”

SBS və Blink TV “Avroviziya Asiya”nın ilk dəfə 2016-cı ildə Avropa Yayım Birliyi tərəfindən 2017-ci ildə 20 ölkənin iştirakı ilə Avstraliyada keçiriləcəyini açıqladı.

Lakin, 2021-ci ildə “Avroviziya Asiya”nın yayım hüququna malik olan Avstraliya yayımçı kanalı SBS-nin redaktoru və nümayəndə heyətinin rəhbəri Josh Martin müsabiqənin dayandırıldığını açıqladı:

“Bizlər bu yarışmanın baş tutması üçün bir neçə il çalışdıq, lakin pandemiya ilə üz-üzə qaldıq. Avroviziya insanları İkinci Dünya Müharibəsindən sonra bir araya gətirmək üçün yaradılan bir müsabiqədir. Bizim etmək istədiyimiz şey isə tamam fərqlidir. “Avroviziya Asiya”nın yaradılmasında bir məqsəd yoxdur”.

Avroviziya Asiya ləğv edildikdən sonra, Amerika, Latın Amerikası, Kanada üçün yeni Avroviziya müsabiqələri elan edildi.

2017-ci ildə Avroviziya Asiya mahnı müsabiqəsinin rəhbəri Klark, müsabiqəyə ev sahibliyi etmək üçün 3 şəhərin seçildiyini bildirmişdi:

  • Sidney (Avstraliya);
  • Honq Konq;
  • Sinqapur;

Klark-ın sözlərinə görə isə aşağıdakı ölkələr müsabiqədə iştiraklarını təsdiqləmişdilər:

  • Avstraliya;
  • Çin;
  • Yaponiya;
  • Cənubi Koreya;

Uzun müddətdir gündəmdə olmayan Avroviziya Asiyanın gündəmə gəlməsi isə hər kəsi bir qədər həyəcanlandırıb.

Leave a Reply