“Kenga Magjike”dən tanınmağa başlayan və Avroviziyada iştirakını Azərbaycanlı azarkeşlər tərəfindən dəstəklənən Mamagama qrupunun son paylaşımı müzakirələrə səbəb olub.
Belə ki, qrupun paylaşımında “It’s coming” yazısı nəzərə çarpır. Əsas diqqət çəkən məqam isə qrupun paylaşımlarındakı “Eurovison, ESC, Eurovison 2023 və Oh My Love” həştəqləri olub.
Bu isə yerli azarkeşlər arasında qrupun Avroviziya 2023 üçün hazırladıqları mahnıya mesaj olaraq yazıldığı fikrini yaradıb.
Ehtimal olunur ki, onlar Avroviziya 2023 üçün artıq mahnı hazırlayıblar və mahnının adı “Oh My Love”dır.
Qeyd edək ki, qrupKenga Magjike festivalına qatılaraq, “Best New International Artist” (İlin ən yaxşı yeni artisti) mükafatını qazanmışdılar.