PİER HEAD AVROVİZİYA 2023 ÜÇÜN “EUROVİLLAGE” SEÇİLDİ

Avroviziya 2023-ün Liverpulda keçirilməsi xəbəri təsdiqləndikdən sonra, müsabiqənin əsas məkanlarından hesab edilən “Eurovillage” (Avroviziya kəndi)-nin Pier Head-da baş tutacağı açıqlanıb.

Məlumata görə şəhərin hər bir məkanı istifadəyə veriləcək və şəhərin başqa yerində də “Euroclub” yaradılaraq fəaliyyətə veriləcək.

Pier Head Liverpulun ən görkəmli yerlərindən biri sayılır və Liverpul Muzeyidə daxil olmaqla bir sıra tarixi məkanları özündə daşıyır.

Xatırladaq ki, Eurovillage Avroviziya pərəstişkarlarını, müğənniləri və təmsilçiləri bir araya gətirən məkandır. Bundan başqa Eurovillage pərəstişkarlara biletsiz şəkildə ekrandan yarımfinallara, finala baxmaq, o cümlədən doyunca əylənmək və yeni dostlar tanımaq imkanını verir.

Qeyd edək ki, bu xəbəri hələ ki, nə AYB, nə də BBC təsdiqləməmişdir.

Leave a Reply

Discover more from 12xal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading