Yunanıstan dövlət kanalı ERT dünən gecə Avroviziya 2023 üçün mahnı qəbulunu dayandırdı. Mahnı qəbulunun dayanması ilə birlikdə bəzi detallar da bəlli olub.
Belə ki, Eurovisionfun səhifəsinin məlumatına görə, ERT bu il Avroviziya 2023 üçün 100-ə yaxın mahnı qəbul edib. Bu da son illərin ən yüksək göstəricisi hesab edilir.
Qeyd edək ki, kanala 2018-ci ildə 18 mahnı, 2021-ci ildə isə 48 mahnı göndərilmişdi. Müraciətlərin sayının çox olması kanalın daha çox həvəslənməsinə səbəb olub ki, kanal bununla bağlı açıqlama da edib:
“Hər il daha yaxşı və daha güclü mahnılar göndərilir. Bu ilki mahnılar inanılmazdır. Həm keyfiyyət, həm də kəmiyyət baxımından keçən ili üstələyir. Gələn il ilk beşlikdə qərarlaşacağıq.”
Xatırladaq ki, ölkəni ötən müsabiqədə Amanda Georgiadi Tenfjord “Die Together” adlı mahnısı ilə təmsil etmiş və finalda 215 xal toplayaraq 8-ci sırada qərarlaşdı.