CANLI BLOQ: AVROVİZİYA 2022 MƏŞQLƏRİ – 30 APREL

Bu gündən etibarən Avroviziya 2022 məşqləri başlayır. Pala Olimpico arenası ilk dəfə Avroviziya üçün qapılarını təmsilçilər və nümayəndə heyətlərinə açır.

Öncədən də xəbər verdiyimiz kimi ötən illərdən fərqli olaraq bu il Avroviziyada təmsilçilərin səhnədəki ilk məşqləri media üçün tamamilə qapalı şəkildə baş tutmaqdadır. Bu səbəbdən YouTube kanalımızda mətbuat mərkəzindən canlı yayım etmirik. Lakin müsabiqənin rəsmi saytı arenada baş verənlərdən ibarət canlı bloq yazmaqdadır. Buna görə də yalnız bu mənbədən olan məlumatlarla sizlərə müsabiqənin məşq proseslərini çatdıracağıq.

Bu gün baş tutacaq məşqlərdə iştirak edəcək ölkələr bu şəkildədir:

🇦🇱 Albaniya

🇱🇻 Latviya

🇱🇹 Litva

🇨🇭 İsveçrə

🇸🇮 Sloveniya

🇺🇦 Ukrayna

🇧🇬 Bolqarıstan

🇳🇱 Niderland

🇲🇩 Moldova


  1. 🇦🇱 Albaniya

Sekret mahnısı ilə Avroviziya 2022 birinci yarımfinalının açılışını edəcək olan Ronela elə məşqlərin də açılışını etmiş oldu. Pala Olimpico səhnəsində ilk məşqi Albaniyanın sirli Ronelası açdı.

Ronela səhnədə çox dramatik rəqs hərəkətləri icra edir. O, qara çəkmələr, çəhrayı saçlı parlaq bikinidə heyrətamiz görünür. Dörd kişi rəqqas (üst geyimi yoxdur) Ronela ilə birlikdə səhnədə rəqs edir. Ümumilikdə Ronelanın səslə bağlı problemi olmayıb. Ronelanın səhnəsində fişənglərdən istifadə edilməyib. Lakin çoxlu sayda buxar jetləri işlədilib.


  1. 🇱🇻 Latviya

Səhnədə ilin ilk qrupunu görürürk. İlk olsalar da, son olmadıqları bəllidir. Citi Zeni qrupu səhnəyə çox işıltılı və zərli libaslarla daxil olur. Qrup üzvlərinin geyindiyi paltarlar uşaq televiziya aparıcılarının paltarlarına oxşayır amma bunlar çox dəblidir. Fonda meyvə təsvirləri yer alıb. Səhnədə hər hansısa bir effekt ya da fişənglərdən istifadə edilmədi. Bir neçə səs problemləri yaransa da bunların növbəti məşqlərdə bərpa edilməsi gözləniləndir.


  1. 🇱🇹 Litva

İlin dəb ikonlarından olan Monika üçün məşqlər heç də yaxşı başlamayıb. Səhnədə inşa edilən kinetik günəş görünən odur ki, heç də düzgün qurulmayıb. Fırlanmalı və müxtəlif formalarda səhnəni işıqlandırmalı olduğu halda bir çox problemlərə yol açıb. Nəticədə Litva nümayəndə heyəti hazırlamış olduğu səhnəni ilk məşqdə istədiyi kimi göstərə bilməyib.

Klassik retro tərzi ilə günə rəng qatan ifaçı Sentimental mahnısı ilə bizi köhnə vaxtlara aparmadı deyil. Monika gümüşü milli finaldaki paltarı ilə səhnəyə çıxır. Heç bir rəqqas və fişəngdən istifadə edilməyib. Monikanın çıxışının sonunda səhnədəki şəlalədən ona uzanan gözəl bir kamera çəkilişi var. Həqiqətən Monika səhnədə çox peşəkar durur və gözəl bir sonluqla məşqini tamamlayır


  1. 🇨🇭 İsveçrə

Boys Do Cry” deyən Marius Bear səhnəyə qara geyimdə çıxır. Sadə bir çıxış sərgiləyir. Səhnə zil qaranlıqdır və ağ işıqlarla bəzədilib. Mariusun vokalında heç bir problem olmayıb.


  1. 🇸🇮 Sloveniya

Günün tək retro havası Litvada deyil. Qrup səhnəyə böyük bir disko topu. Altımışıncı illərin havası səhnədə öz əksini tapıb. İtaliyada ölkəni “Son pizza dilimi” adlı qrupla təmsil etmək də İtalyanlardan səs almaq üçün atılmış gözəl bir addım ola bilər. Niyə də yox? Axı onu biz də sevirik.


  1. 🇺🇦 Ukrayna

Mərclərdə favorit hesab edilərək böyük səs çoxluğu ilə qələbəyə namizəd olan Kalush Orchestra nəhayət ilk məşqini həyata keçirir. İkonik Go_A qrupundan sonra Ukraynanın bizi təəccübləndirməsi heç də asan olmayacaq. Ukrayna folk musiqisinin hip-hop ilə sintezi? Mmmm….

Qrupun solisti Olehin anası Stefania mahnısının yazarının oğlu olduğunu Vidbirdəki çıxışına qədər bilmirdi. Onun üçün çox sevinən anası bugünkü məşqinin Avroviziya səhnəsindən etdiyini gördükdə sevincdən göylərə uçacaq. Qrup üzvlərinin heyrətamiz geyimi bizə Almaniya bayrağını xatırladır. Uzun hörüklü saçaqlar və Ukraynaya xas milli ornametli geyimlər. Hə, birdəki o məşhur çəhrayı balıqçı papağı.


  1. 🇧🇬 Bolqarıstan

Günün daha bir qrup təmsilçisi Bolqarıstandan gəlir. Səhnədə çox peşəkar və enerjili Duran Intelligent Music Project rok üslubu ilə seçilir. İnanılmaz neon aydınlatma ve arxa leddə geometrik şəkillər var. Məşqləri olduqca uğurla keçən qrup səhnəni coşdurmağı bacarır. Çıxışının sonuna alovlar əlavə olunub.


  1. 🇳🇱 Niderland

Daha bir favorit ölkə təmsilçisi səhnədə ilk məşqini həyata keçirir. De Diepte adlı dramatik və emosional ballada ifası ilə qəlblərə toxunur. S10 səhnəyə qara bir geyimdə çıxır. Dumanlı və işıqlı bir səhnə ilə çıxışını tamamlayır. Səhnədə kiçik platforma yer almaqdadır.


  1. 🇲🇩 Moldova

Günün son məşqi folk bir səhnə və mahnı ilə sona çatır. Trenulețul deyən qrup səhnəni coşdurmadı deyil. Səhnə neon işıq və qrafiklərlə tamamilə göz oxşayır. Bugün ilk dəfə məhz Moldova təmsilçiləri əsas səhnədən əlavə olaraq kiçik səhnədən istifadə edib. Şəlalənin üzərində yüksələn bir körpü var.


Bununla da bugünlük məşq prosesi başa çatmışdır. Sabah isə yeni bir məşq günündə sıradaki digər ilk yarımfinalın iştirakçılarını şərh edəcəyik. Görüşənədək!

Mənbə: Eurovision.tv

Şəkillər: EBU / ANDRES PUTTING

%d bloggers like this: